Əlixan Musayev:
Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir Kitab (Quran) gəldikdə (onu inkar etdilər). Halbuki əvvəllər kafirlər üzərində qələbə diləyirdilər. Onlara tanıdıqları (peyğəmbər) gəldikdə isə onu inkar etdilər. Allah kafirlərə lənət etsin!
Bünyadov-Məmmədəliyev:
Onlara Allah tərəfindən əllərindəkini (Tövratı) təsdiq edən bir kitab (Quran) göndərildiyi zaman (onu qəbul etmədilər). Halbuki əvvəlcə (Muhəmməddən qabaq) kafirlərə (ərəb müşriklərinə) qələbə çalmaq üçün (“Tövratda adı çəkilən axirüzzəman peyğəmbər gəlib bizə yardım edəydi!” - deyə Allaha) yalvarırdılar. Bildikləri (peyğəmbər) gəldikdə isə, (paxıllıq edib) ona inanmadılar. Allah kafirlərə lənət eləsin!
Elmir Quliyev
:
К ним явилось от Аллаха Писание, подтверждающее правдивость того, что было у них. Прежде они молили о победе над неверующими. Когда же к ним явилось то, что они узнали, они отказались уверовать в него. Да пребудет проклятие Аллаха над неверующими!
Ələddin Sultanov:
Daha əvvəl kafirlərə qələbə çalmaq üçün (Allaha) yalvardıqları halda, onlara Allah tərəfindən əllərindəkini təsdiqləyən bir kitab (Quran) gəlib (Tövratdan) bildikləri həqiqətlərlə qarşılaşdıqları zaman onu inkar etdilər. Allahın lənəti kafirlərin üzərinə olsun!
Kerbelayi Malik ağa:
Onlara Allah dərgahından onların yanındakı (Tövratı) təsdiq edən bir Kitab (Quran) gəldiyi zaman (onu qəbul etmədilər). (Quran gəlmədən) əvvəl kafirlərə qarşı (çətin vəziyyətdə qaldıqlarında, Tövratda bəhsi keçən axır zaman Peyğəmbəri adına) fəth və zəfər üçün (Allahdan) kömək istəyirdilər. Halbuki O bildikləri (Tövrat'da xüsusiyyəti bildirilən Peyğəmbər) onlara gəldikdə Onu inkar etdilər. Buna görə Allahın lənəti kafirlərin üzərinədir.
Ələsgər Musayev:
Və amma elə ki, gəldi onlara Allah yanından kitab -
təsdiqləyir nə ki, onlarladır və oldular qabaqcadan fəth
istəyənlər üzərində o kəslərin ki, kafirdirlər. Və amma elə ki,
gəldi onlara nə ki arifdirlər kafir oldular onunla. Və lənəti
Allahın üzərində kafirlərin!
A.Mehdiyev və D.Cəfərli:
Elə ki, onlara Allah tərəfindən əllərində olanı (Tövratı) təsdiq edən bir kitab (Qur’an) gəldi, onlar bundan əvvəl həmişə özlərinin (həmin kitabı gətirəcək peyğəmbər vasitəsi ilə) kafirlər üzərində qələbələrindən xəbər verdikləri halda (bütün bunlara baxmayaraq), bildikləri şey onlara gələn zaman ona küfr etdilər. Odur ki, Allahın lənəti olsun kafirlərə!
Kövsər Tağıyev:
Onlara əllərindəkini (Tövratı) təsdiq edən bir kitab (Qur`an) gəldikdə onu inkar etdilər.3 Halbuki əvvəlcə (bu kitabı gətirəcək peyğəmbər ilə) inkarçılara (müşrik ərəblərə) qarşı yardım istəyirdilər. (Tövratdan) tanıdıqları (bu peyğəmbər) onlara gəldikdə isə onu inkar etdilər. Allahın lənəti inkarçıların üzərinə olsun!
M.Qənioğlu və T.Bilaloğlu:
Allah tərəfindən onlarda olanı (Tövratı) təsdiq edən bir Kitab (Quran) gəldikdə — əvvəllər isə kafirlər üzərində qələbə arzusunda idilər – onların bildikləri gəldikdə, onu da inkar etdilər. Allahın lənəti kafirlər üçündür.
Sabirə Dünyamalıyeva:
Onlara Allah qatından, özlərində olanı təsdiqləyən bir kitab; Quran gəldikdə -ki onlar daha əvvəllər kafirlərə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslərə] qarşı zəfər qazanmaq istəmişdilər və o tanıdıqları onlara gəlmişdi- özləri onun [üstünü] örtdülər. Artıq Allahın uzaqlaşdırması/rəhmətindən məhrum etməsi, Allahın məbud və rəbb olduğunu örtənlərin üstünə olsun.