Ənbiya Surəsi 89. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Zəkəriyyanı da (yada sal!) Bir zaman o yalvarıb demişdi: “Ey Rəbbim! Məni tənha buraxma. Sən varislərin ən yaxşısısan!”
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Zəkəriyyanı da (yada sal)! Bir vaxt o: “Ey Rəbbim! Məni tək (kimsəsiz, varissiz) buraxma. Sən varislərin ən yaxşısısan! (Bütün məxluqat yox olar, ancaq Sən qalarsan!)” deyə yalvarıb Rəbbinə dua etmişdi.
Elmir Quliyev :
Помяни также Закарию (Захарию), который воззвал к своему Господу: "Господи! Не оставляй меня одиноким, и Ты Наилучший из наследников".
Ələddin Sultanov:
Zəkəriyyanı da (yad et)! Vaxtilə o: “Ey Rəbbim, məni yalnız qoyma! Sən varislərin ən xeyirlisisən!” - deyərək Rəbbinə səslənmişdi.
Kerbelayi Malik ağa:
Hz. Zəkəriyya Rəbbinə belə nida etmişdi: ‘Rəbbim, məni tək başıma buraxma Sən varislərin ən xeyirlisisən.’
Ələsgər Musayev:
Zəkəriyyə. Onda nida etdi öz Rəbbinə: «Rəbbim, məni tək qoyma Sən xeyirli varislərdənsən!»
A.Mehdiyev və D.Cəfərli:
Zəkəriyyanı (yada sal). O zaman o, «ey Rəbbim, məni tək (övladsız varissiz) qoyma (əlbəttə, əgər varis verməsən eybi yoxdur, çünki) Sən varislərin ən yaxşısısan» (deyə) öz Rəbbini səslədi.
Kövsər Tağıyev:
Zəkəriyyanı da yad et. Bir vaxt o, Rəbbinə: “Rəbbim! Məni yalnız qoyma. Sən varislərin ən xeyirlisisən”, deyə dua etmişdi.
M.Qənioğlu və T.Bilaloğlu:
Zəkəriyyəni (yada sal). O zaman o, Rəbbini harayladı: ‘Rəbbim, məni tək-tənha [övladsız] qoyma. Axı sən varislərin ən xeyirlisisən.”
Sabirə Dünyamalıyeva:
Zəkəriyya; bir vaxt o, Rəbbinə: "Ey Rəbbim! Məni tək başıma qoyma, Sən varislərin ən yaxşısısan!" deyə xitab etmişdi