Əlixan Musayev:
Allah sizi qəsdiniz olmadan içdiyiniz andlara görə (onları pozmağa görə) cəzalandırmaz, lakin O, sizi qəsdlə içdiyiniz andlara görə cəzalandıracaqdır. Bunun kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabı dəyərində ya on kasıbı yedirtmək və ya onları geyindirmək və yaxud da bir köləni azad etməkdir. (Kəffarə vermək üçün bir şey) tapmayan kimsə üç gün oruc tutsun. Bu, and içib sonra poz-duğunuz andlarınızın kəffarəsidir. Andlarınızı qoruyun! Allah Öz ayələrini sizə bu cür bəyan edir ki, bəlkə şükür edəsiniz.
Bünyadov-Məmmədəliyev:
Allah sizi bilmədən (səhvən) içdiyiniz andlarınıza görə cəzalandırmaz (məzəmmət, sorğu-sual etməz), lakin (bilə-bilə və ya qəsdən) içdiyiniz andları (pozmağa) görə cəzalandırar. Belə bir andın pozmağın kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabından on yoxsulu yedirdib doyurmaq, yaxud geyindirmək, yaxud da bir kölə azad etməkdir. Bunları etməyə imkanı olmayan şəxs üç gün (dalbadal) oruc tutmalıdır. Bu, içdiyiniz andların kəffarəsidir. Bununla belə, andlarınızı qoruyun (onları pozmaqdan çəkinin). Allah ayələrini sizə belə izah edir ki, bəlkə, şükür edəsiniz!
Elmir Quliyev
:
Аллах не взыщет с вас за празднословные клятвы, но взыщет за то, что вы скрепили клятвами. В искупление этого необходимо накормить десятерых бедняков средним (или лучшим) из того, чем вы кормите свои семьи, или одеть их, или освободить раба. Кто не сможет сделать этого, тот должен поститься в течение трех дней. Таково искупление ваших клятв, если вы поклялись и нарушили клятву. Оберегайте же свои клятвы. Так Аллах разъясняет вам Свои знамения, — быть может, вы будете благодарны.
Ələddin Sultanov:
Allah səhvən ağzınızdan çıxan andlarınıza görə sizi cəzalandırmaz. Lakin bilərək etdiyiniz andlara görə sizi cəzalandırar. Bunun da kəffarəsi, ailənizə yedirdiyinizin orta hesabından on yoxsulu doyurmaq, yaxud onları geyindirmək və yaxud da bir kölə azad etməkdir. Kimin (bunları etməyə) imkanı yoxdursa, üç gün oruc tutmalıdır. And içdiyiniz təqdirdə, andlarınızın kəffarəsi budur. Elə isə andlarınızı qoruyun (riayət edin). Allah ayələrini bu şəkildə sizə izah edir ki, bəlkə şükür edəsiniz.
Kerbelayi Malik ağa:
Allah sizi boş sözlərdən dolayı içdiyiniz andlara görə mükəlləf tutmaz (sorğu-suala çəkməz). Lakin əhd verdiyiniz (önəmli məsələlərdən dolayı) içdiyiniz andlara görə hesaba çəkər. Artıq onun kəffarəsi (cəzası) ev xalqınıza yedirtdiyinizin orta hesabı ilə on kasıbı yedirtməyiniz və ya onları geyindirməyiniz ya da bir kölə azad etməyinizdir. Lakin kim bunları tapa bilməzsə, o təqdirdə üç gün oruc tutsun. Bu andlarınızı pozduğunuz zaman onların (andlarınızın) kəffarəsidir. Andlarınızı qoruyun (onları pozmaqdan çəkinin). Allah ayələrini sizə belə açıqlayır, ümid edilər ki, beləcə siz şükür edərsiniz.
Ələsgər Musayev:
Allah
sizi yersiz andlarınıza görə tutmaz. Lakin qəsdən içdiyiniz
andlara görə əzab edəcək. Bu növ andların kəffarəsi on nəfər
miskinə təam verməkdir - o təamdan ki, öz əhlinizə verirsiniz,
ya libas vermək, ya qul azad etməkdir. Kim tapmadı və onda
üç gün yiməs olsun. Bu, andlarınızın kəffarəsidir, onda ki, and
içibsiniz. Andlarınızı hifz edin! Belə bəyan edir Allah sizin
üçün ayətlərini, ola ki, şükr edəsiniz!
A.Mehdiyev və D.Cəfərli:
Allah sizi bihudə və niyyətində olmadığınız andlar(ı pozmağınız)a görə cəzalandırmaz, lakin sizi ciddi iradə ilə içdiyiniz andlar(ı pozmağınız)a görə cəzalandırar. Buna görə də onu (pozmağı)n kəffarəsi öz ailənizə yedirtdiyiniz orta hesabla on fəqirə yemək vermək, yaxud onları geyindirmək və ya bir qul azad etməkdir. Beləliklə, əgər kimsə (bunları) tapmasa (onun kəffarəsi) üç gün oruc tutmaqdır. Budur and içdiyiniz (və onu pozduğunuz) zaman sizin andlarınızın kəffarəsi! Gərək öz andlarınızı qoruyasınız (və pozmayasınız). Allah Öz ayələrini sizin üçün bu cür açıqlayır (ki), bəlkə şükr edəsiniz.
Kövsər Tağıyev:
Allah bilmədən içdiyiniz andlara görə sizi məsul tutmaz. Ancaq bilə-bilə içdiyiniz andlara görə sizi məsul tutar. Bu halda andın kəffarəsi ailənizə yedirdiyinizin orta hesabından on yoxsulu doyurmaqdır, yaxud onları geyindirmək ya da bir kölə azad etməkdir. Kim (bunları etməyə imkan) tapa bilməsə, onun kəffarəsi üç gün oruc tutmaqdır. And içdiyiniz zaman andlarınızın kəffarəsi budur. Andlarınızı qoruyun. Allah sizə ayələrini belə açıqlayır ki, şükür edəsiniz.
M.Qənioğlu və T.Bilaloğlu:
Bilmədən and içmənizə görə Allah sizi günahlandırmaz. Lakin bilə-bilə and-aman etsəniz sizi günahlandırar. Bunun kəffarəsi (əvəzi) isə - ailənizin orta yeməyindən on yoxsulu yedirtmək və ya onları geyindirmək, yaxud bir köləni azad etməkdir: (bunları) tapmayan üç gün oruc tutmalıdır. And içsəniz, andınızın kəffarəsi budur. Andlarınızı qoruyun ! Allah öz ayələrini sizə belə aydınlaşdırır ki, bəlkə şükr edəsiniz.
Sabirə Dünyamalıyeva:
89) Allah, sizi qəsdən olmayan/vərdiş etdiyiniz andlara görə sorğu-suala çəkməz. Lakin bilə-bilə etdiyiniz/əhd bağladığınız andlara görə sorğu-suala çəkər; onun kəffarəsi ailənizə yedirdiyiniz şeylərin ən xeyirlisi/ən yaxşısı ilə on yoxsulu yedirmək və ya giydirmektir. Və yaxud da bir köləni azad etməkdir. Verəcək bir şey tapa bilməyən kimsə üçün də üç gün oruc tutmaqdır. Bu, pozduğunuz andların kəffarəsidir. Və andlarınızı qoruyun. Allah, əvəzini ödəyərsiniz deyə ayələrini sizin üçün belə izah edir.