Ənam Surəsi 89. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bunlar, Kitab, hikmət peyğəmbərlik verdiyimiz kəslərdir. Əgər (kafirlər) ayələri inkar etsələr, Biz onları inkar etməyən bir camaata həvalə edərik.
Bünyadov-Məmmədəliyev:
Onlar Bizim kitab, hökm peyğəmbərlik verdiyimiz kimsələrdir. Əgər (indi) bunlar (Qüreyş müşrikləri başqa kafirlər) bu dəlilləri dansalar, Biz onlara həmin dəlilləri inkar etməyən bir tayfanı müvəkkil edərik (onların yerinə dəlillərimizi inkar etməyəcək bir zümrə gətirərik).
Elmir Quliyev :
Это те, кому Мы даровали Писание, мудрость и пророчество. И даже если они не уверуют в это, Мы уже вверили это другим людям, которые не станут неверующими.
Ələddin Sultanov:
Onlar kitab, hökm peyğəmbərlik verdiyimiz kəslərdir. Əgər (kafirlər) bunları (bu dəlilləri) inkar etsələr, Biz onların yerinə bunları inkar etməyən bir qövm gətirərik.
Kerbelayi Malik ağa:
Onlar özlərinə kitab, hikmət peyğəmbərlik verdiyimiz kəslərdir. Onlar əgər onu inkar etsələr, artıq onu inkar etməyəcək bir qövmü ona vəkil edərdik.
Ələsgər Musayev:
Həmin o kəslərdir ki, əta etdik onlara kitab hikmət nəbilik. Əgər küfr etsələr onunla bunlar, fəqət bir qoumu onunla vəkil etmişik ki, onunla kafir olmazlar.
A.Mehdiyev və D.Cəfərli:
Onlar kitab (şəriət), hökm (rəhbərlik hakimlik) peyğəmbərlik verdiyimiz kəslərdi. Beləliklə, əgər bunlar (Qüreyş kafirləri, səma dinlərinin əsası olan) bu işlərə kafir olsalar, şübhəsiz, Biz (Öz qəti təqdirimizdə gələcək zamanlarda olacaq nəsillərdən onu yerinə yetirən və) ona əsla kafir olmayan bir dəstəni təyin edərik.
Kövsər Tağıyev:
Onlar kitab, hikmət peyğəmbərlik verdiyimiz kimsələrdir. Əgər onlar (inanmayanlar) bunları tanımayıb inkar edirlərsə, (bilsinlər ki,) biz onları inkar etməyəcək bir qövmü onlara vəkil təyin etmişik.
M.Qənioğlu və T.Bilaloğlu:
Bunlar Kitab, hikmət peyğəmbərlik bəxş etdiyimiz kəslərdir. Əgər onlar bunlara inanmasalar, onda bunları inanan adamlara tapşırarıq.
Sabirə Dünyamalıyeva:
Bax onlar, kitab, hökm peyğəmbərlik verdiyimiz kimsələrdir. İndi bunlar, onlara inanmayacaq olsalar, Biz həqiqətən bunu örtməyən/buna inanan bir qövmü "bu proqramı qoruyaraq, dəstəkləyərək tətbiq edənlər" olaraq [təyin] edərik.