Əlixan Musayev:
Yusufu ya öldürün, ya da onu (uzaq) bir yerə aparıb atın ki, atanız ancaq sizə məhəbbət bəsləsin və bundan sonra siz əməlisalehlərdən olarsınız”.
Bünyadov-Məmmədəliyev:
(Aralarında biri dedi: ) “Yusifi öldürün və ya (uzaq) bir yerə atın ki, atanız mehrini yalnız sizə salsın. Ondan sonra isə (tövbə edib) əməlisaleh bir camaat olarsınız!”
Elmir Quliyev
:
Убейте Йусуфа (Иосифа) или бросьте его на другой земле. Тогда лицо вашего отца целиком будет обращено к вам, а после этого вы будете праведными людьми".
Ələddin Sultanov:
(Qardaşları öz aralarında belə dedilər:) “Yusifi öldürün və ya (uzaq) bir yerə atın ki, atanız yalnız sizə meyil etsin. Ondan sonra da (tövbə edib) saleh kimsələr olarsınız”.
Kerbelayi Malik ağa:
Yusifi öldürün və ya onu bir yerə atın. Atanız sizə dost olsun (məhəbbət bəsləsin) və ondan sonra salehlər dəstəsi olun.
Ələsgər Musayev:
«Yusifi qətlə yetirin, ya uzaq bir ərzə
göndərin ki, atanızın üzü sizə tərəf dönsün və bundan sonra
saleh qoum olarsınız!»
A.Mehdiyev və D.Cəfərli:
«Yusufu öldürün, ya onu (naməlum) bir yerə atın ki, atanızın diqqəti yalnız sizə yönəlsin və ondan sonra (tövbə etməklə atanızın və Allahın yanında) saleh bir dəstə olun.»
Kövsər Tağıyev:
“Yusufu öldürün və ya onu bir yerə atın ki, atanız ancaq sizə yönəlsin. Ondan sonra (tövbə edib) saleh kəslər olarsınız”.
M.Qənioğlu və T.Bilaloğlu:
Yusufu öldürün, ya da onu (uzaq) bir yerə atın. Onda atanızın üzü sizə tərəf çevrilər və siz bundan sonra əməlisaleh adam ola bilərsiniz".
Sabirə Dünyamalıyeva:
Yusifi öldürün və ya elə bir yerə atın ki, atanız tamamilə sizə qalsın, sonra da siz saleh bir tayfa olarsınız" demişdilər.