Ənbiya Surəsi 9. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sonra isə, onlara verdiyimiz vədi yerinə yetirdik. Biz həm onları, həm istədiyimiz kəsləri xilas edib, həddi aşanları məhvə uğratdıq.
Bünyadov-Məmmədəliyev:
Sonra onlara verdiyimiz vədi yerinə yetirdik. (Peyğəmbərlərə) istədiyimiz kəslərə (onlara iman gətirənlərə) nicat verdik, (Allaha şərik qoşmaqla, küfr etməklə) həddi aşanları isə məhv etdik.
Elmir Quliyev :
Потом Мы выполнили данное им обещание, спасли их и тех, кого пожелали, и погубили тех, кто излишествует.
Ələddin Sultanov:
Sonra onlara verdiyimiz sözü yerinə yetirdik. Beləcə, həm onlara, həm dilədiyimiz kimsələrə nicat verdik. Həddi aşanları (peyğəmbərləri yalanlayanları) isə məhv etdik.
Kerbelayi Malik ağa:
Sonra onlara verdiyimiz vədə sadiq qaldıq. Beləcə onları dilədiklərimizi qurtardıq. Həddi aşanları həlak etdik.
Ələsgər Musayev:
Sonra doğru etdik Biz onlara vədəni nicat verdik onlara kimə ki, istədik həlak etdik israfkarları.
A.Mehdiyev və D.Cəfərli:
Sonra onlara verdiyimiz vədi (dinin möhkəmləndirilməsi düşmənlərin məhv edilməsi vədini) həyata keçirdik. Beləliklə onlara istədiyimiz şəxslərə nicat verdik (Allahın təyin etdiyi) həddi aşanları məhv etdik.
Kövsər Tağıyev:
Sonra onlara verdiyimiz sözü yerinə yetirdik. Onlara istədiyimiz kəslərə nicat verdik. Həddi aşanları isə həlak etdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Sonra Biz vədi onlar üçün gerçəkləşdirdik, onları istədiyimiz kəsləri xilas etdik, həddi aşanları isə məhv etdik.
Sabirə Dünyamalıyeva:
Sonra Biz, onlara verdiyimiz o sözü yerinə yetirdik. Beləcə, onları istədiyimiz kəsləri xilas etdik. Həddini aşanları da dəyişikliyə/məhvə məruz qoyduq.