Əlixan Musayev:
Qoy özlərindən sonra zəif övladlar qoyub gedəcəkləri təq-dirdə onlardan ötrü qorxan kəslər (yetimlərdən ötrü də) qorxsunlar. Qoy onlar Allahdan qorxsunlar və doğru söz söyləsinlər.
Bünyadov-Məmmədəliyev:
Özlərindən sonra (aciz və zəif) övladlar qoyub gedəsi olan şəxslər, onlardan ötəri necə qorxurlarsa, (yetimlərdən ötrü də) o cür qorxsunlar! Və buna görə də onlar Allahın qəzəbindən çəkinərək sözün doğrusunu danışsınlar!
Elmir Quliyev
:
Пусть опасаются те, которые боялись бы за своих немощных потомков, если бы им пришлось оставить их после себя. Пусть они боятся Аллаха и говорят слово правильное.
Ələddin Sultanov:
Arxalarında aciz övladlar qoyub gedəcəkləri təqdirdə, (“halları necə olar?” - deyə) qorxanlar, (yetimlərə haqsızlıq etməkdən də) qorxsunlar. Ona görə də, Allahdan çəkinsinlər və doğru söz söyləsinlər! (Yetimlərin qəyyum və himayədarları onlara, öz övladlarına necə davranılmasını istəyirlərsə, yetimlərə də o şəkildə davranmalıdırlar. Çünki öz uşaqları da bir gün yetim qala bilərlər.)
Kerbelayi Malik ağa:
Özlərindən sonra gücsüz (zəif) övladlar qoyub gedəsi olan şəxslər, onlar üçün (onlara haqsızlıq edilməsindən) necə qorxurlarsa, o cür qorxsunlar. Artıq Allaha qarşı təqva sahibi olsunlar. Ədalətli (doğru) söz söyləsinlər.
Ələsgər Musayev:
Gərək
çəkinsinlər o kəslər ki, əgər tərk edərlərsə özlərinin ardınca
zəif züriyyətləri, xoflanarlarsa onlara görə. Və gərək
qorxsunlar Allahdan və desinlər sözun doğrusunu!
A.Mehdiyev və D.Cəfərli:
Özlərindən sonra (yaş və ya ruhi cəhətdən) zəif övladlar qoyacaqları təqdirdə onların (gələcəyi) barəsində qorxan şəxslər gərək (başqalarının yetimlərinə zülm etməkdən və vəsiyyətlərində öz övladlarının haqqını zay etməkdən də) qorxsun. Buna görə də Allahdan qorxsunlar və (başqalarının yetimləri ilə) doğru-düzgün söz danışsınlar (və malların sərf olunması və vəsiyyət edilməsində ədalətə riayət etsinlər).
Kövsər Tağıyev:
Geridə zəif uşaqlar qoyub getdikləri təqdirdə, onlar haqqında əndişə duyanlar (yetimlər haqqında da) qorxsunlar. Allaha qarşı gəlməkdən çəkinsinlər və doğru söz söyləsinlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Qoy özlərindən sonra barələrində narahat qaldıqları zəif [kiçik] övladlar qoyub gedənlər (yetimlərdən ötrü də eləcə) qorxsunlar. Qoy onlar Allahdan qorxaraq düz söz desinlər.
Sabirə Dünyamalıyeva:
Və arxalarında zəif nəsil qoyub getdikləri təqdirdə narahatçılıq keçirəcək olanlar, ürpərsinlər! Və Allahın mühafizəsi altına daxil olsunlar və dəlili olan söz söyləsinlər.