Mömin Surəsi 9. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onları günahlarının cəzasını çəkməkdən azad et. O gün Sən kimi günahlarının cəzasını çəkməkdən azad etsən, ona rəhm etmiş olarsan. Məhz bu, böyük uğurdur”.
Bünyadov-Məmmədəliyev:
Onları pisliklərdən (tövbədən qabaq etdikləri pis əməllərinin cəzasından) qoru. O gün (qiyamət günü) pisliklərdən kimi qorusan, şübhəsiz ki, ona rəhm etmiş olursan. Ən böyük qurtuluş (uğur) budur!”
Elmir Quliyev :
Защити их от грехов, ведь только тот, кого Ты защитишь в тот день от грехов, будет помилован Тобой. Это и есть великое преуспеяние".
Ələddin Sultanov:
Onları pisliklərdən qoru! Şübhəsiz ki, o gün Sən kimi pisliklərdən qorusan, ona rəhm etmiş olarsan. Böyük uğur məhz budur!”
Kerbelayi Malik ağa:
Onları günahlardan qoru. Sən izn günü kimi günahlardan qorusan, o zaman onlara rəhmət etmiş olarsan. O, fevzül əzimdir (ən böyük qurtuluşdur).
Ələsgər Musayev:
Qoru onları pislikdən. Kimi pislikdən qorusan o gündə, ona rəhm etmiş olarsan. Budur əzəmətli uğur!»
A.Mehdiyev və D.Cəfərli:
onları (axirətdə) günahların cəzasından (və ya günahların o aləmdəki təzahüründən) qoru. Həmin gün Sən kimi günahların cəzasından qorusan, doğrudan da ona rəhmətini şamil etmisən. Bu, həmin o böyük uğur qurtuluşdur.
Kövsər Tağıyev:
“Onları pisliklərdən qoru. Sən o gün kimi pisliklərdən qorusan, ona rəhmət etmiş olarsan. Bax bu, böyük uğurdur”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onları pis əməllərdən qoru. O günü Sən kimi belə pis əməllərdən qorusan, ona mərhəmət göstərmiş olarsan. Bax, böyük uğur budur!"
Sabirə Dünyamalıyeva:
Onları pisliklərdən qoru. Sən kimi pisliklərdən qorusan, artıq o gün əlbəttə ona mərhəmət etmisən. Bax bu, məhz böyük qurtuluşun özüdür."