Mücadilə Surəsi 9. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey iman gətirənlər! Gizli danışdığınız zaman günah, düşmənçilik Peyğəmbərə qarşı çıxmaq barədə danışmayın. Yaxşı işlər Allahdan qorxmaq barədə danışın, hüzuruna toplanılacağınız Allahdan qorxun!
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Bir-birinizlə xəlvət danışdığınız zaman günah, düşmənçilik Peyğəmbərin əleyhinə çıxmaq barədə danışmayın; yaxşı işlər, Allahdan qorxmaq barədə danışın (qiyamət günü) hüzuruna toplanacağınız Allahdan qorxun!
Elmir Quliyev :
О те, которые уверовали! Если уж вы тайно переговариваетесь, то не говорите о грехах, вражде и неповиновении Посланнику, а говорите о благочестии и богобоязненности и бойтесь Аллаха, к Которому вы будете собраны.
Ələddin Sultanov:
Ey iman gətirənlər, bir-birinizlə gizli danışdığınız zaman günah, düşmənçilik Peyğəmbərə qarşı çıxmaq barəsində danışmayın, yaxşılıq təqva barəsində danışın! Hüzuruna toplanacağınız Allahdan qorxun!
Kerbelayi Malik ağa:
Ey amənu olanlar! Aranızda gizlincə danışdığınız zaman artıq günah, düşmənlik rəsula üsyan haqqında gizli-gizli danışmayın. Birr təqva barəsində aranızda danışın (söhbət edin). Həşr olunacağınız Allaha qarşı təqva sahibi olun.
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Onda ki, məxvi danışırsınız, o işlərin barəsində ki, günahdır düşmənçilikdir rəsula asi olmaqdır, söz danışmayın. Danışın yaxşılıq ilə təqva. Qorxun Allahdan Odur ki, Ona tərəf toplanacaqsınız.
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, bir-birinizlə pıçıldaşdığınız, gizli söhbət etdiyiniz zaman (heç olmasa) günah, (hüquqlara) təcavüz Bizim Rəsulumuza itaətsizlik barədə pıçıldaşmayın. Yaxşılıq təqva(ya tövsiyə etmək üçün) pıçıldaşın. (Qiyamət günü) hüzuruna toplanacağınız Allahdan qorxun.
Kövsər Tağıyev:
Ey iman edənlər! Siz baş-başa gizlicə danışdığınız zaman günah, düşmənçilik Peyğəmbərə üsyandan danışmayın. Yaxşılıq təqvadan danışın hüzuruna toplanacağınız Allaha qarşı gəlməkdən çəkinin.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər, əgər aranızda xəlvət söhbət edirsinizsə, günah işlər, ədavət peyğəmbərə itaət etməmək barəsində söhbət etməyin. Xeyir əməl, Allahdan qorxmaq barəsində söhbət apann hüzuruna cəm olunacağınız Allahdan qorxun!
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Pıçıldaşdığınız [xəlvət danışdığınız] zaman günah, düşmənçilik Elçiyə itaətsizlik barədə danışmayın. Yaxşı adam olmaq Allahın mühafizəsi altına daxil olmaq barədə pıçıldaşın [danışın]. Hüzuruna toplanacağınız Allahın mühafizəsi altına daxil olun.