Əlixan Musayev:
Əgər biz onu mələk etsəy-dik, əlbəttə, onu kişi edərdik və onları bir daha düşdükləri şübhəyə salardıq.
Bünyadov-Məmmədəliyev:
Əgər Biz onu (peyğəmbəri) mələk etsəydik (və ya kafirlərə mələklərdən bir peyğəmbər göndərsəydik), yenə də onu bir insan qiyafəsində göndərər və onları (göndərilənin mələk deyil, özləri kimi bir adam olması barəsində) bir daha düşdükləri şübhəyə salardıq.
Elmir Quliyev
:
Если бы даже Мы ниспослали ангела, Мы все равно сделали бы его мужчиной и привели бы их в замешательство относительно того, в чем они сомневаются.
Ələddin Sultanov:
Əgər onu (peyğəmbəri) bir mələk etsəydik, şübhəsiz ki, onu da bir insan surətinə salar və yenə onları düşdükləri şübhəyə salardıq.
Kerbelayi Malik ağa:
Əgər onu mələk etsəydik, onu mütləq kişi olaraq (kişi surətində) edərdik. Şübhə etdikləri şeyi mütləq onlara (yenə) şübhə etdirərdik.
Ələsgər Musayev:
Əgər onu mələk etsədik, yenə onu insan surətində edərdik və bir daha qaranlıq libasına bürüyərdik onları, nə qədər, bürünüblər.
A.Mehdiyev və D.Cəfərli:
Əgər onu mələk etsəydik (Peyğəmbəri mələklərdən seçib göndərməli olsaydıq, mələklə insanın cövhərinin müxtəlifliyinə görə və onların qarşılıqlı anlaşma və münasibət qurmaları qeyri-mümkün olduğu üçün) onu mütləq kişi şəklinə salar və onlar (haqqı batilə) oxşar hala saldıqları kimi (Biz də mütləq bu işi) onlara örtülü və anlaşılmaz edərdik (və onlar «bu da bizim kimi bir insandır» deyərdilər).
Kövsər Tağıyev:
Əgər onu (Peyğəmbəri) bir mələk etsəydik, yenə onu bir kişi (surətində) edərdik və onları yenə içinə düşdükləri çaşqınlığa salardıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər mələk göndərsəydik, onu insan qiyafəsində göndərərdik və onları düşdükləri şübhəyə bir daha salardıq.
Sabirə Dünyamalıyeva:
Əgər Biz, Peyğəmbəri bir mələk etsəydik, yenə də onu bir adam surətində yaradardıq və onlar yenə düşdükləri şübhəyə düşərdilər.