Əlixan Musayev:
Nəhayət, günəşin doğduğu yerə çatdıqda onu elə bir qövm üzərində doğan gördü ki, onlar üçün (günəşə) qarşı heç bir örtük yaratmamışdıq.
Bünyadov-Məmmədəliyev:
Nəhayət, günəşin çıxdığı yerə çatdıqda onu bir qövm üzərində doğan gördü ki, onlardan ötrü ona (günəşə) qarşı heç bir sipər yaratmamışdıq. (Yalnız günəşin özü onlar üçün sipər idi).
Elmir Quliyev
:
Когда он прибыл туда, где восходит солнце, он обнаружил, что оно восходит над людьми, которым Мы не установили от него никакого прикрытия.
Ələddin Sultanov:
Nəhayət, günəşin doğduğu yerə çatanda onu bir qövmün üzərində doğarkən gördü. Biz onlar üçün günəşə qarşı heç bir örtük yaratmamışdıq. (Təfsir mənbələrində qeyd olunduğuna görə, Zülqərneyn qərbdəki işlərini həll etdikdən sonra şərqə yönəldi və nəhayət, Hind okeanı sahillərinə gəlib çıxdı. Burada qarşılaşdığı insanlar günəşin şüasına qarşı qorunacaqları paltar və evlər düzəltməyi bilmirdilər.)
Kerbelayi Malik ağa:
Günəşin doğduğu yerə çatdığı zaman onu (günəşi), ondan (günəşdən) qorunmağa bir örtük vermədiyimiz bir qövmün üzərinə doğarkən gördü.
Ələsgər Musayev:
Ta onda ki, şəmsin doğduğu yerə yetişdi,
tapdı onu bir qoumun üzərində doğan, hansı ki, onlar üçün
ondan başqa örtük qərar vermədik.
A.Mehdiyev və D.Cəfərli:
Nəhayət, günəşin çıxdığı yerə (yer üzünün şərqinin ən son yaşayış məntəqəsinə) çatanda, gördü ki, günəş, müqabilində onlar üçün heç bir örtük (paltar hazırlamaq, ağac əkmək, kölgəlik qurmaq və ya onların vasitələrini düzəltmək istedadı) vermədiyimiz bir qövmün üzərinə doğur.
Kövsər Tağıyev:
Günəşin çıxdığı yerə çatdıqda onun, özləri ilə günəş arasına bir örtük qoymadığımız bir qövmün üzərinə doğduğunu gördü.
M.Qənioğlu və T.Bilaloğlu:
O, Günəşin çıxdığı yerə çatanda gördü ki, günəş özlərinə ondan qorunmaq üçün heç bir daldalanacaq vermədiyimiz adamların üzərinə doğur.
Sabirə Dünyamalıyeva:
Nəhayət, vəhyin doğduğu yerə vardı. Vəhyin bir qövmün üzərinə doğduğunu gördü. Belə ki, Biz onlar üçün, vəhy olmayan məlumatlarla bir sipər hazırlamışdıq.