Əlixan Musayev:
Pis əməllə gələnlər isə üzüstə oda atılarlar. (Onlara deyilər:) “Məgər siz ancaq etdiyiniz əməllərə görə cəzalandırılmırsınızmı?”
Bünyadov-Məmmədəliyev:
(Rəbbinin hüzuruna) pis əməllə gələnlər isə cəhənnəm oduna üzüstə atılarlar. (Mələklər onlara belə deyərlər: ) “Bu, yalnız (dünyadakı pis) əməllərinizin cəzasıdır! (Sizə artıq heç bir şey edilmir!)”
Elmir Quliyev
:
А те, которые предстанут с дурными деяниями, будут повергнуты в Огонь ничком: "Разве вы не получаете воздаяние только за то, что совершали?"
Ələddin Sultanov:
Hər kim pis əməllərlə (Allahın hüzuruna) gələrsə, onlar üzü üstə cəhənnəmə atılacaqlar. (Onlara belə deyiləcək:) “Siz ancaq etdiyiniz əməllərin cəzasını çəkirsiniz!”
Kerbelayi Malik ağa:
Kim pis əməl ilə gələrsə, o zaman onlar üzüstə atəşə atılar. Etmiş olduqlarınızdan başqa bir şeyləmi cəzalandırılırsınız?
Ələsgər Musayev:
Və kim gəlir pisliklə, onlar üzləri üstə odda olarlar. Ə, sizə ancaq etdiyiniz əməllərin mükafatı verilmirmi?
A.Mehdiyev və D.Cəfərli:
Və hər kəs pis əməllə gəlsə, üzü üstə oda atılacaq (və onlara deyiləcəkdir:) «Məgər etdiklərinizdən qeyrisinə görəmi cəzalandırılırsınız?»
Kövsər Tağıyev:
Kim də pis əməllə gəlsə, üzü üstə oda atılar. (Onlara:) “Sadəcə etdiklərinizin qarşılığını görürsünüz”, (– deyilər.)
M.Qənioğlu və T.Bilaloğlu:
Kim bəd əməllə gələrsə, onlar cəhənnəm oduna üzüstə düşərlər. Onlara: "Məgər siz tutduğunuz əməllərdən başqa bir şeyə görəmi cəzalandırılırsınız?“- deyilər.
Sabirə Dünyamalıyeva:
Və kim şərlə gəlsə, artıq üzləri odda sürtüləcək. -Məgər siz işlədiyinz əməllərdən başqa bir şeyinmi əvəzini görəcəkdiniz?-