Hud Surəsi 91. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar dedilər: “Ey Şueyb! Dediklərinin çoxunu anlamırıq. Biz səni aramızda zəif görürük. Əgər qəbilən olma­­saydı, səni daşqalaq edərdik. Sən bizim üçün heç böyük bir adam deyilsən”.
Bünyadov-Məmmədəliyev:
Onlar dedilər: “Ey Şüeyb! Dediklərinin çoxunu başa düşmür səni aramızda zəif (gücsüz) görürük. Əgər əşirətin (dinimizə tapınan qəbilən) olmasaydı, səni daşqalaq edərdik. Yoxsa sən bizim üçün əziz (hörmətli) bir adam deyilsən!”
Elmir Quliyev :
Они сказали: Шуейб! Многое из того, что ты говоришь, нам непонятно. Мы считаем тебя слабым среди нас. Если бы не твой род, мы побили бы тебя камнями. Ты нисколько не дорог нам".
Ələddin Sultanov:
Onlar dedilər: “Ey Şüeyb! Dediklərinin çoxunu başa düşmürük həqiqətən, biz səni içimizdə aciz görürük. Əgər qəbilən olmasaydı, mütləq səni daşa basardıq. Sənin bizə qarşı heç bir üstünlüyün yoxdur!”
Kerbelayi Malik ağa:
Belə dedilər: ‘Ey Şuayb, sənin söylədiklərinin çoxunu biz anlamadıq! Həqiqətən biz səni içimizdə zəif görürük sənin rahtın (sənə dəstək olan qrupun, tərəfdarların) olmasaydı mütləq səni daşqalaq edərdik sən bizdən üstün deyilsən.’
Ələsgər Musayev:
Dedilər: «Ay Şuəyb! Sənin söylədiklərinin çoxunu başa düşmürük səni öz içərimizdə zəif görürük. Əgər tayfanın ehtiramı olmasaydı, həqiqətən, səni daşa basardıq. Sən bizim üçün əziz deyilsən!»
A.Mehdiyev və D.Cəfərli:
Dedilər: «Ey Şüeyb, biz sənin (tək olan Allaha tərəf dəvətini əskik satmağın tərk olunması kimi) dediklərinin çoxunu başa düşmürük şübhəsiz, səni öz aramızda zəif görürük. Əgər o kiçik qəbilən olmasaydı səni daşqalaq edərdik. Sənin bizim üzərimizdə heç bir qüdrətin yoxdur (yaxud sənin bizim yanımızda heç bir qədir-qiymətin yoxdur)».
Kövsər Tağıyev:
Dedilər ki: “Ey Şüeyb! Dediklərinin çoxunu anlamırıq səni aramızda zəif görürük. Əgər qəbilən olmasaydı, səni daşqalaq edərdik. Yoxsa sən bizim nəzərimizdə mötəbər bir adam deyilsən”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər: "Ey Şüeyb, biz sənin dediklərinin çoxunu anlamırıq. Biz görürük ki, sən bizim aramızda zəifsən. Əgər sənin adamların olmasaydı, biz səni daşqalaq edərdik. Sən ki bizim üçün əziz deyilsən".
Sabirə Dünyamalıyeva:
Şüeybin qövmü dedi ki: "Ey Şüeyb! Biz sənin dediklərinin çoxunu yaxşı başa düşmürük. Səni aramızda çox zəif [gücsüz] görürük. Əgər sənin qohumların/tərəfdarların olmasaydı, həqiqətən səni daşqalaq edərək öldürərdik. sənin bizə qarşı heç bir üstün gücün/qalib gəlmək imkanın yoxdur."