Bəqərə Surəsi 91. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlara: “Allahın nazil etdiyinə inanın!”– deyildikdə, onlar: “Biz özümüzə nazil edilənə inanırıq”– deyib onun ardınca gələni inkar edirlər. Halbuki (Quran) onların yanında olanı təsdiqləyən bir həqiqətdir. De: “Əgər siz inanan idinizsə, bəs üçün əvvəllər Allahın peyğəmbərlərini öldürürdünüz?”
Bünyadov-Məmmədəliyev:
Onlara: “Allahın nazil etdiklərinə (İncilə Qurana) inanın!” deyildikdə, onlar: “Biz özümüzə göndərilənə (Tövrata) inanırıq”, -deyərək, ondan başqasını (sonrakını) inkar edirlər. Halbuki o (sonra göndərilən Quran) onların əllərində olanı (Tövratı) təsdiq edən bir həqiqətdir. (Ya Rəsulum!) Onlara söylə: “Əgər siz inanan kəslərsinizsə, bəs üçün əvvəllər Allahın peyğəmbərlərini öldürürdünüz?”
Elmir Quliyev :
Когда им говорят: "Уверуйте в то, что ниспослал Аллах", они отвечают: "Мы веруем в то, что было ниспослано нам". Они не веруют в то, что явилось впоследствии, хотя это является истиной, подтверждающей правдивость того, что есть у них. Скажи: "Почему же раньше вы убивали пророков Аллаха, если вы являетесь верующими?"
Ələddin Sultanov:
Onlara: “Allahın nazil etdiyinə iman gətirin!” - deyildiyi zaman onlar: “Biz özümüzə nazil olana iman gətiririk”, - deyirlər ondan başqasını inkar edirlər. Halbuki o (Quran), onların əllərindəkini (Tövratı) təsdiqləyən həqiqətdir. De ki: “Əgər həqiqətən iman gətirmişdinizsə, bəs üçün əvvəllər Allahın peyğəmbərlərini öldürürdünüz?”
Kerbelayi Malik ağa:
Onlara: ‘Allahın endirdiyinə iman edin.’ deyildiyi zaman: ‘Biz bizə endirilənə iman edərik.’ dedilər. Onun arxasındakını (ondan sonra gələni) inkar edərlər. O, haqdır onların yanındakını təsdiqedicidir. De ki: ‘Əgər siz möminlərsinizsə, bundan əvvəl niyə Allahın peyğəmbərlərini öldürürdünüz?’
Ələsgər Musayev:
Onda kideyildi onlar üçün: «Inanın ilə ki, nazil etdi Allah!» Dedilər: «Inanırıq ilə ki, nazil edilib üzərimizə» kafir olurlar ilə ki, arxasındadır onun o, haqdır - təsdiqləyir kionlarladırDe: «Nə üçün qətl edirdiniz nəbilərini Allahın bundan qabaqəgər oldunuz inananlar?»
A.Mehdiyev və D.Cəfərli:
Onlara «Allahın nazil etdiyinə (Qur’ana) iman gətirin» deyildikdə, «biz özümüzə göndərilənə (Tövrata) iman gətiririk» deyərlər. Ondan (Tövratdan) sonrakına kafir olurlar, halbuki o, haqq əllərindəkinin təsdiq edənidir. De: «Əgər sizin (Tövrata) imanınız varsa, bəs üçün bundan əvvəl (bütün tarixiniz boyunca) Allahın peyğəmbərlərini öldürürdünüz?!»
Kövsər Tağıyev:
Onlara: “Allahın endirdiyinə (Qur`ana) iman edin”, deyildikdə: “Biz yalnızbizə endirilənə (Tövrata) inanarıq”, deyib, ondan sonra gələni (Qur`anı) inkar edərlər. Halbuki o, əllərində olanı (Tövratı) təsdiq edən haqq bir kitabdır. De ki: “Əgər inanırdınızsa, daha əvvəl niyə Allahın peyğəmbərlərini öldürürdünüz?”
M.Qənioğlu və T.Bilaloğlu:
Onlara: "Allahın nazil etdiyinə inanın !" dedikdə, "Biz özümüzə nazil olana (Tövrata) inanırıq." deyir onun ardınca gələnə (Qurana) inanmırlar. Halbuki o, əllərində olanı təsdiqləyən bir həqiqətdir. De: "Bəs inanan idinizsə, niyə əvvəllər Allahın peyğəmbərlərini öldürürdünüz ?"
Sabirə Dünyamalıyeva:
onlara: "Allahın nazil etdiyinə iman edin" deyildikdə, onlar: "Biz özümüzə nazil edilənə inanırıq" dedilər. onlar, Allahın nazil etdi, özlərində olanı təsdiqləyən bir həqiqət olmasına baxmayaraq, özlərinə nazil ediləndən sonrasını bilə-bilə inkar edirlər. De ki: "Yaxşı, əgər möminlərdənsinizsə, bəs üçün əvvəllər Allahın peyğəmbərlərini öldürürdünüz?"