Nəml Surəsi 91. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(De:) “Mənə ancaq bu şəhərin (Məkkənin) Rəbbinə ibadət etmək əmr edilmişdir. O şəhər ki, (Rəbbim) onu haram buyurmuşdur. Hər şey yalnız Onundur. Mənə əmr olunub ki, müsəlman olum
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum! De: ) “Mənə ancaq bu şəhərin (Məkkənin) Rəbbinə ibadət etmək əmr olunmuşdur. Elə bir şəhər ki, (Rəbbim) onu müqəddəs tutmuşdur. (Orada qan tökmək, bir kəsə zülm etmək qadağan olunmuşdur. Başqa yerdə halal olan şeylər orada haram buyurulmuşdur). Hər şey yalnız Onundur. Mənə müsəlman (Allaha təslim) olmaq əmr edilmişdir!
Elmir Quliyev :
Скажи: "Мне велено только поклоняться Господу этого города (Мекки), который Он провозгласил заповедным. Ему принадлежит всякая вещь, мне же велено быть одним из мусульман
Ələddin Sultanov:
(De:) Şübhəsiz, mənə bu şəhərin (Məkkənin) Rəbbi olan oranı müqəddəs edən Allaha ibadət etməyim əmr olunmuşdur. Hər şey Onundur. Mənə (Allaha) təslim olanlardan olmağım əmr olunmuşdur.
Kerbelayi Malik ağa:
Mən yalnız ‘Rəbbə (Allaha) qul olmaq’ ilə əmr olundum. Bu şəhər ki, Allah onu çox möhtərəm etdi. Hər şey Onundur (Allahındır). Mənə ‘müsəlmanlardan olmaq’ əmr edildi.
Ələsgər Musayev:
«Mənə əmr olunub yalnız bu şəhərin Rəbbinə ibadət edim - Odur ki, qadağan edibdir onu Onun üçündür külli şeylər mənə əmr olunub ki, təslim olanlardan olum
A.Mehdiyev və D.Cəfərli:
(Ya Peyğəmbər! De:) « Mənə yalnız bu şəhərin (Məkkənin) Rəbbinə ibadət etmək əmr olunmuşdur. Elə bir Allaha ki, onu (o şəhəri) möhtərəm saymış ona toxunulmazlıq vermişdir. (Varlıq aləmindən olan) hər bir şey Ona məxsusdur mənə Onun iradəsinə təslim olanlardan olmaq əmr edilmişdir.
Kövsər Tağıyev:
De ki: “Mənə ancaq bu şəhərin (Məkkənin) Rəbbinə ibadət etmək əmr olundu. Hansı ki, o bu şəhəri müqəddəs etmişdir. Hər şey ona aiddir. Həmçinin mənə müsəlmanlardan olmaq
M.Qənioğlu və T.Bilaloğlu:
(De): "Mənə ancaq o Rəbbə ibadət etmək əmr olunmuşdur ki, O, bu şəhərin (Məkkənin] Rəbbidir, onu müqəddəsləşdirmişdir hər şey Onundur. Mənə əmr olunmuşdur ki, müsəlmanlardan [Allaha təslim olanlardan] olum
Sabirə Dünyamalıyeva:
Sən, Mənə ancaq hər şeyin sahibi olan bura toxunulmazlıq [hüququ] verən Məkkənin Rəbbinə bəndəlik etmək əmr edilmişdir.