Əlixan Musayev:
Siz bir başqalarına da rast gələcəksiniz ki, onlar həm sizdən, həm də öz camaatından arxayın olmaq istəyərlər. Onlar hər dəfə fitnəyə qaytarıldıqda gözüyumulu ona qoşularlar. Əgər onlar sizdən aralanıb geri çəkilməsələr, sizə sülh təklif etməsələr və sizdən əl çəkmə-sələr, onlara harada rast gəlsəniz, tutub öldürün. Biz onlara qarşı sizə açıq-aydın dəlil verdik.
Bünyadov-Məmmədəliyev:
Siz elə kəslərə də rast gələcəksiniz ki, onlar həm sizdən, həm də öz camaatından arxayın olmaq istərlər. (Sizin yanınızda özlərini müsəlman kimi, qəbilələrinə qayıtdıqda isə kafir kimi aparırlar). Bunlar da hər dəfə fitnə-fəsad törətməyə sövq edildikdə başıaşağı ora atılarlar (cani-dildən bu işə qoşularlar). Əgər onlar sizi tərk edib getməsələr, sülh təklif etməsələr və sizdən əl çəkməsələr, onda onlara harada rast gəlsəniz, tutub öldürün. Biz onların əleyhinə çıxmaq üçün sizə açıq fərman verdik.
Elmir Quliyev
:
Вы обнаружите, что другие хотят получить гарантии безопасности от вас и от своего народа. Всякий раз, когда их возвращают в смуту, они опрокидываются в ней. Если они не отступят от вас, не предложат вам мира и не уберут свои руки, то хватайте их и убивайте, где бы вы их ни обнаружили. Мы предоставили вам очевидный довод против них.
Ələddin Sultanov:
Həm sizdən, həm də öz camaatından arxayın olmaq istəyən başqalarını görəcəksiniz. Onlar nə vaxt fitnə-fəsad törətməyə sövq edilsələr, başıaşağı ora atılarlar. Əgər sizi tərk edib getməz, sizə sülh təklif etməz və (sizdən) əllərini çəkməzlərsə, onda onlara harada rast gəlsəniz, tutub öldürün! Onlara qarşı sizə açıq bir səlahiyyət verdik. (Yuxarıdakı ayələrdə sözü gedən kafirlər Mədinə xaricindəki münafiqlərdir. Onlardan bəziləri hicrət etməyib Məkkədə qalmış və müşriklərlə əlbir olmuşdular. Bir hissəsi müsəlmanlarla müqaviləsi olan qəbilələrə sığınmış, bir hissəsi isə heç bir tərəfdən döyüşmək istəmədikləri üçün bitərəf olduqlarını elan etmişdilər. Müsəlmanlar bu son iki qrupa toxunmamalı və onlarla müharibə etməməli, digər münafiqləri isə harada görsələr oradaca öldürməli idilər.)
Kerbelayi Malik ağa:
Sizdən və öz qövmlərindən əmin olmaq (arxayın olmaq) istəyən başqalarına da rast gələcəksiniz. (Lakin) hər dəfə fitnəyə çağırıldıqda ona geri döndülər. Əgər bundan sonra sizdən uzaq durmazlar, sülh təklif etməzlər, əllərini sizdən çəkməzlərsə, o təqdirdə onları harada görsəniz tutun və öldürün. Sizə onların üzərinə (hücum etməyiniz üçün) açıq-aydın fərman verdik.
Ələsgər Musayev:
Tapacaqsınız axırdakılardan istəyirlər ki, əmin olsunlar
sizdən və əmin olsunlar qoumlarından. Külli çəkilərlər sınağa
tərəf, onlar atılarlar ora. Əgər sizi tərk etməyib və sizə sülh
təklif etməsələr və əllərini saxlamasalar, onda harada rast
gəlsəniz tutun onları və döyün! Həmin onlarsınız, etdik sizin
üçün əleyhinə onların aşkar sultanlıq!
A.Mehdiyev və D.Cəfərli:
Tezliklə (həm) sizdən amanda və (həm də) öz qövmlərindən xatircəm olmaq istəyən digər bir dəstə ilə qarşılaşacaqsınız. Onlar hər dəfə küfrə və müsəlmanlarla döyüşə çağrılanda, ona tərəf qayıdırlar. Beləliklə, əgər onlar sizdən uzaqlaşmasalar, sülh təklifi irəli sürməsələr və sizdən əl çəkməsələr onda, onları harada tapsanız tutun və öldürün. Sizə üzərlərində açıq-aşkar hökmranlıq bəxş etdiyimiz kəslər onlardır.
Kövsər Tağıyev:
Başqa bəzi kimsələrin də həm sizdən, həm də öz qövmlərindən arxayın olmaq istədiklərini görəcəksən. Bunlar hər dəfə küfrə döndərildikdə ona başıaşağı atılarlar. Bunlar sizdən uzaq durmasalar, sizinlə sülh içində yaşamaq istəməsələr, əllərini savaşdan çəkməsələr, onları yaxalayın və onları harada tutsanız, öldürün. Bunlar əleyhində sizə açıq-aşkar bir ixtiyar verdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Bir başqalarını da görəcəksən ki, onlar sizdən də arxayın olmaq, öz camaatlarında, da arxayın olmaq istərlər. Onlar hər dəfə fitnəyə təhrik edildikdə ona gedərlər. Onlar sizdən uzaqlaşmasalar, sizə sülh təklif etməsələr və əl çəkməsələr, belələrini harada görsəniz tutub öldürün. Biz onlara qarşı sizə beləcə açıq bir dəlil [fərman] verdik.
Sabirə Dünyamalıyeva:
Sizdən arxayın olmaq [istəyən] və öz tayfalarından arxayın olmaq istəyən başqa kəslərə rast gələcəksiniz. Onlar, nə zaman dinsizliyə, şərik qoşmağa geri qaytarılsalar, başıaşağı oraya atılarlar/dərhal atılarlar. Elə isə onlar, əgər sizdən uzaqlaşmasalar və sizə sülh təklif etməsələr və güclərini çəkməsələr dərhal onları gördüyünüz yerdə tutun və öldürün. Və bax bunlar, onların əleyhinə sizə verdiyimiz açıq-aşkar ixtiyardır.