Əlixan Musayev:
Onlar: “Allah insana heç bir şey nazil etməmişdir”– deməklə Allahı layiqincə qiymətləndirmədilər. De: “Musanın insanlar üçün nur və doğru yolu göstərən rəhbər olaraq gətirdiyi Kitabı kim nazil etmişdir? Siz onu kağızlara yazıb (birqismini) göstərir, çoxunu isə gizlədirsiniz. Axı, sizin də, atalarınızın da bilmədiyiniz şeylər sizə öyrədilmişdir”. Sən: “Allah!”– de, sonra da onları burax ki, öz boşboğazlıqları ilə əylənsinlər.
Bünyadov-Məmmədəliyev:
Onlar (yəhudilər): “Allah heç bir bəşərə bir şey (Quran) nazil etməmişdir”, - deməklə Allahı layiqincə qiymətləndirmədilər. De: “Musanın insanlara bir nur və hidayət olaraq gətirdiyi kitabı (Tövratı) kim nazil etmişdir? Siz onu vərəqlərə yazıb göstərir, bir çoxunu da gizlədirsiniz. (Əslində) siz (Quran vasitəsilə) özünüzün və atalarınızın bilmədiklərini öyrənmiş olursunuz. (Ya Rəsulum!) Sən: “Allah!” deyib çağır, sonra da onları burax ki, düşdükləri bataqlıqda oynaya-oynaya qalsınlar. (Özlərinin dedi-qodularında, pis işlərində və yaramaz əqidələrində davam etsinlər).
Elmir Quliyev
:
Они не оценили Аллаха должным образом, когда сказали: "Аллах ничего не ниспосылал человеку". Скажи: "Кто же ниспослал в качестве света и верного руководства для людей Писание, с которым пришел Муса (Моисей), и которое вы превратили в отдельные листы, показывая некоторые из них и скрывая многие другие? А ведь вас обучили тому, чего не знали ни вы, ни ваши отцы". Скажи: "Аллах". Затем оставь их забавляться собственным празднословием.
Ələddin Sultanov:
(Yəhudilər) Allahı layiqincə tanımadılar. Belə ki, onlar: “Allah heç bir bəşərə hər hansı bir şey nazil etməmişdir”, - dedilər. De ki: “Musanın insanlara bir nur və hidayət olaraq gətirdiyi kitabı (Tövratı) kim nazil etmişdir? Siz onu vərəqlərə yazıb (istədiyinizi) açıqlayırsınız, bir çoxunu da gizlədirsiniz. Sizin və atalarınızın bilmədiyi şeyləri (Qurandan) öyrənmiş olursunuz”. Sən: “Allah!” – de. Sonra onları burax ki, qoy düşdükləri bataqlıqda oynaya-oynaya qalsınlar.
Kerbelayi Malik ağa:
‘Allah bəşərə bir şey endirmədi.’ dedikləri zaman Onun qədrini haqqıyla təqdir edə bilmədilər (layiqincə qiymətləndirmədilər). ‘İnsanlar üçün hidayət edici və bir nur olan Hz. Musanın gətirdiyi kitabı kim endirdi?’ de. Onu kağızlara (yazıb) açıqlayırsınız, çoxunu gizlədirsiniz. Atalarınızın və sizin bilmədiyiniz şeylər sizə öyrədildi. ‘Allah’ de, sonra onları daldıqları şeylərdə burax oynasınlar.
Ələsgər Musayev:
Onlar Allahın qədirini haqq qədriylə qiymətləndirmədilər, onda dedilər: «Allah nazil etməyib bəşərə bir şey.» De: «Kim nazil etdi kitabı – odur ki, gəldi onunla Musa insanlar üçün nur və hidayət olaraq? Siz onu vərəqlər surətində dağıdıb yaydınız və bir hissəsini aşkar edib və əksəriyyətini məxfi etdiniz. Siz və atalarınız ondan təlim aldınız onu ki, bilmirdiniz». De: «Allah!» Sonra tərk et onları puç söhbətlərində əylənsinlər.
A.Mehdiyev və D.Cəfərli:
«Allah heç bir bəşərə bir şey (nə bir mələk, nə vəhy, nə kitab və nə də din) nazil etməmişdir» dedikləri zaman Allahı Ona layiq olan tərzdə tanımadılar və vəsf etmədilər. De: «Musanın nur və insanlar üçün hidayət kimi gətirdiyi kitabı kim nazil etmişdir? (Həmin kitab ki,) siz onu (ayrı-ayrı) kağızlarda yerləşdirərək (bir hissəsini camaata) aşkar edir, çoxusunu isə gizlədirsiniz. Sizə sizin və atalarınızın bilmədiyiniz şeylər öyrədildi.» De: «(Hamısını) Allah (nazil etmişdir)!» Sonra onları boşla ki, öz puç və batil (fikir)lərinə dalmaqda oynasınlar.
Kövsər Tağıyev:
Allahın qədrini layiqincə bilmədilər. Çünki: “Allah heç kimə heç bir şey endirmədi”, – dedilər. De ki: “Musanın insanlara bir nur və hidayət olaraq gətirdiyi, parça-parça kağızlar halına salıb ortaya çıxardığınız, bir çoxunu isə gizlədiyiniz, (onunla) sizin də, atalarınızın da bilmədiyi şeylərin sizə öyrədildiyi Kitabı kim endirdi?” (Ey Muhamməd!) “Allah” (endirdi) de, sonra onları burax, içinə düşdükləri bataqlıqda oynaya-oynaya qalsınlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar: "Allah insana heç bir şey nazil etməmişdir." - deməklə Allahı layiqincə qiymətləndirmədilər. De: "Musanın insanlar üçün bir nur və düz yol göstəricisi kimi gətirdiyi Kitabı kim nazil etmişdir? Siz onu yazıya çevirib bir qismini göstərir, çoxunu isə gizlədirsiniz. Axı, sizə nə özünüzün, nə də ata-babalarınızın bilmədikləri öyrədildi." De: "Allah (nazil etdi)". Sonra isə onları öz boşboğazlıqları içərisində oynasınlar deyə tərk et!
Sabirə Dünyamalıyeva:
Və onlar, "Allah, heç bir bəşərə bir şey göndərməyib" deməklə, Allahı layiqincə təqdir edə bilmədilər/layiqincə tanıya bilmədilər. De ki: "Musanın insanlara işıq və bələdçi olmaq üçün gətirdiyi, sizin parça-parça yazdığınız, bir qismini aşkara çıxardığınız, bir çoxunu da gizlətdiyiniz; sizin və atalarınızın onun sayəsində bilmədiyiniz bir çox şeyləri öyrəndiyiniz Kitabı kim nazil etmişdir?" Sən, də ki: "Allah!" Sonra qoy onlar boş işləriylə oynaya-oynaya qalsınlar.