Əlixan Musayev:
O dedi: “Ey qövmüm! Məgər mənim qəbiləm sizin üçün Allahdan da əzizdir? Siz Onu saymayıb unutdunuz. Şübhəsiz ki, Rəbbim sizin nə etdiklərinizi əhatə edir.
Bünyadov-Məmmədəliyev:
(Şüeyb) dedi: “Ey qövmüm! Məgər mənim əşirətim sizə Allahdan da əzizdir ki, Onu unudub saymırsınız? Həqiqətən, Rəbbim (elmi ilə) nə etdiklərinizi biləndir!
Elmir Quliyev
:
Он сказал: "О мой народ! Неужели мой род дороже для вас, чем Аллах? Вы оставили Его за спиной, а ведь мой Господь объемлет то, что вы совершаете.
Ələddin Sultanov:
(Şüeyb) dedi: “Ey qövmüm! Mənim qəbiləm sizə görə Allahdan daha üstündür ki, Ona arxa çevirdiniz? Həqiqətən, Rəbbim etdiyiniz əməlləri (elmi ilə) əhatə etmişdir.
Kerbelayi Malik ağa:
Ey qövmüm! Mənim rahtım (tərəfdarlarım) sizin yanınızda Allahdan dahamı üstün? Onu (Allahı) unudaraq əhəmiyyət vermədiniz. Şübhəsiz ki, mənim Rəbbim etdiklərinizi (elmi ilə) əhatə edər.
Ələsgər Musayev:
Dedi: «Ay
qoumum! Mənim tayfamın izzət və ehtiramı sizin üçün
Allahdan artıqdırmı? Allahı tamam unudubsunuzmu?
Həqiqətən, Rəbbim nə ilə ki, əməldəsiniz, Mühitdir.
A.Mehdiyev və D.Cəfərli:
Dedi: «Ey mənim qövmüm, məgər sizin nəzərinizdə mənim qəbiləm Allahdan daha qüdrətlidir (ki, onları nəzərə alırsınız) və (lakin) Onu arxaya atıb unudursunuz? Şübhəsiz, mənim Rəbbim sizin etdiklərinizi əhatə etmişdir».
Kövsər Tağıyev:
Şüeyb belə dedi: “Ey qövmüm! Mənim qəbiləm sizin nəzərinizdə Allahdan daha etibarlıdırmı ki, siz Ona arxa çevirdiniz? Şübhəsiz, Rəbbim sizin etdiklərinizi biləndir”.
M.Qənioğlu və T.Bilaloğlu:
O dedi: "Ey camaatım, məgər mənim adamlarım sizin üçün Allahdan da əzizdir ki, siz Ona arxa çevirib etinasızlıq göstərirsiniz? Həqiqətən, Rəbbim nə etdiklərinizdən xəbərdardır!
Sabirə Dünyamalıyeva:
Şüeyb dedi: "Ey qövmüm! Sizə qarşı mənim qohumlarım/tərəfdarlarının Allahdan daha güclüdürmü/dəyərlidirmi? Və Allahı arxaya atır [unudursunuz]. Şübhəsiz ki, Rəbbim bütün etdiklərinizi hər tərəfdən əhatə etmişdir.