Nəhl Surəsi 92. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
İpliyini möhkəm əyirdik­­dən sonra (onu) açıb sökən qadın kimi olmayın. Bir camaat digər bir camaatdan (sayca malca) daha çox olduğu üçün andlarınızı aranızda hiylə vasitəsinə çevirirsiniz. Allah bununla sizi sınayır. O, ixtilafda olduğunuz şeyləri Qiyamət günü sizə mütləq bildirəcəkdir.
Bünyadov-Məmmədəliyev:
Möhkəm əyirdiyi ipliyi sonradan qıran (təzədən açıb sökən) qadın kimi olmayın. Siz bir ümmət digərindən (sayca) çox olduğu üçün aranızdakı andları yalana çevirirsiniz (fitnə-fəsad aləti edirsiniz). (Bu gün bir qəbilə ilə müqavilə bağlayır, sabah daha qüvvətli, daha varlı bir qəbilə ilə rastlaşdıqda əvvəlki ilə bağladığınız müqaviləni pozub onunla sazişə girisiniz). Allah bununla yalnız sizi sınayır. O, qiyamət günü ixtilafda olduğunuz (dini) məsələləri sizə izah edəcəkdir!
Elmir Quliyev :
Не уподобляйтесь той женщине, которая распустила свою пряжу после того, как скрепила нити. Вы обращаете свои клятвы в средство обмана, когда одни из вас оказываются сильнее и многочисленнее других. Так Аллах подвергает вас испытанию. А в День воскресения Он непременно разъяснит вам то, в чем вы расходились во мнениях.
Ələddin Sultanov:
Bir tayfa digər tayfadan (sayca güc baxımından) daha çox olduğu üçün andlarınızı aranızda bir fitnə vasitəsinə çevirərək, ipliyi möhkəm əyirdikdən sonra açıb sökən qadın kimi olmayın! Allah bununla yalnız sizi imtahan edir. Şübhəsiz ki, O, ixtilafda olduğunuz məsələləri qiyamət günü sizə bəyan edəcəkdir.
Kerbelayi Malik ağa:
İpliyini möhkəm əyirdikdən sonra açıb sökən qadın kimi (hidayətə ərdikdən sonra dəlalətə düşən adam kimi) olmayın. (Yəminlərini, misaqlarını əhdlərini yox sayan) bir ümmətin sayının (yəminlərini, misaqlarını əhdlərini yerinə yetirən) digər bir ümmətdən daha çox olmasına dayanaraq yəminlərinizi aranızda hiylə vasitəsi edirsiniz. Halbuki Allah sizi onunla (yəminlərinizi yerinə yetirmək barəsində) imtahan edir. Qiyamət günü haqqında ixtilaf etmiş olduğunuz şeyi (hidayətə ərməyi) mütləq sizə açıqlayacaq.
Ələsgər Musayev:
Olmayın o qadın kimi ki, əyirdiyi ipi toxuyub möhkəm edəndən sonra açıb dağıdır. Siz öz andlarınızı yalana çevirib öz aranızda işlədirsiniz, ta bir ümmət o biri ümmətə zor gələ. Allah sizi onunla imtahan edir. Qiyamət günü sizin üçün bəyan edəcək ki, oldunuz onda ixtilaflılar.
A.Mehdiyev və D.Cəfərli:
öz ipini əyirdikdən möhkəmləndirdikdən sonra açıb bir-birindən ayıran o (yelbeyin) qadın kimi olmayın ki, andlarınızı bir dəstənin (digər) bir dəstədən artıq imkanlı olmasına xatir öz aranızda hiylə fəsad vasitəsi edəsiniz (məsələn müsəlmanlara kömək etmək üçün and içəsiniz müşriklər onlardan üstün olduqlarına görə onu pozasınız). Əslində Allah sizi bu barədə sınayır şübhəsiz, Qiyamət günü, barəsində ixtilaf etdiyiniz şeyi sizin üçün aydınlaşdıracaqdır.
Kövsər Tağıyev:
Bir ümmət digər bir ümmətdən daha (güclü və) çoxdur deyə andlarınızı öz aranızda bir hiylə fitnə-fəsada çevirərək, ipliyi möhkəm əyirdikdən sonra (yenidən) açıb-sökən qadın kimi olmayın. Allah bununla sizi ancaq sınayır. Haqqında ixtilaf etdiyiniz şeyləri qiyamət günü sizə, əlbəttə, açıqlayacaq.
M.Qənioğlu və T.Bilaloğlu:
İpliyini zəhmətlə əyirdikdən sonra onu açıb dağıdan qadın kimi olmayın. "Bu millət o birisindən çoxdur." - deyə andlarınızı məkr vasitəsi etməyin. Allah sizi bununla ancaq sınayır. O, qiyamət günü ixtilafda olduğunuz şeyləri sizə aydınlaşdıracaqdır.
Sabirə Dünyamalıyeva:
Bir ümmət, digər bir ümmətdən daha çoxdur deyə, andlarınızı aranızda aldatma vasitəsi edərək, ipliyini möhkəm əyirdikdən sonra, onu söküb pozan qadın kimi olmayın. Şübhəsiz ki, Allah sizi bununla sınayır. Barəsində ixtilaf etdiyiniz şeyləri qiyamət günü sizə mütləq bildirəcəkdir.