Əlixan Musayev:
Xəta istisna olmaqla heç bir möminə (başqa) bir mömini öldürmək yaraşmaz. Hər kəs səhvən bir mömini öldürərsə, bir mömin kölə azad etməli və ölənin ailəsinə qanbahası verməlidir. Onların sədəqə verməsi (qatili əfv etməsi) isə istisnadır. Əgər o (ölən kimsə), mömin olduğu halda, sizə düşmən olan bir camaatdandırsa, onda (qatil) mömin bir kölə azad etməlidir. Əgər o, sizinlə aralarında müqavilə olan bir camaatdandırsa, onda (qatil) onun ailəsinə qanbahası verməli və mömin bir kölə azad etməlidir. (Bunları etməyə imkan) tapa bilməyən kəs Allah tərəfindən tövbəsinin qəbul olması üçün iki ay ardıcıl oruc tutmalıdır. Allah Biləndir, Müdrikdir.
Bünyadov-Məmmədəliyev:
Heç bir möminə başqa bir mömini öldürmək yaraşmaz. Bu səhvən (xəta üzündən) olduqda müstəsnadır. Hər kəs bir mömini səhvən öldürərsə, o zaman o, mömin bir qul azad etməli və öldürülmüş şəxsin ailəsi qanbahasını sədəqə olaraq bağışlamadıqda, onlara (ölən şəxsin varislərinə) tam şəkildə qanbahası verməlidir. Əgər (öldürülən şəxsin özü) mömin olduğu halda, sizə düşmən olan bir tayfadandırsa, o vaxt (öldürən şəxs) mömin bir qul azad etməlidir. Əgər (öldürülən şəxs) sizinlə əhd (müqavilə) bağlamış bir tayfadan olarsa, o zaman onun ailəsinə qanbahası verməklə bərabər, mömin bir qul dəxi azad etmək lazımdır. Hər kəs (azad etməyə qul) tapa bilməsə, o, Allah tərəfindən tövbəsinin qəbul edilməsi üçün bir-birinin ardınca (arası kəsilmədən) iki ay oruc tutmalıdır. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
Elmir Quliyev
:
Верующему не подобает убивать верующего, разве что по ошибке. Кто бы ни убил верующего по ошибке, он должен освободить верующего раба и вручить семье убитого выкуп, если только они не пожертвуют им. Если верующий был из враждебного вам племени, то надлежит освободить верующего раба. Если убитый принадлежал к народу, с которым у вас есть договор, то надлежит вручить его семье выкуп и освободить верующего раба. Кто не сможет совершить этого, тому надлежит поститься в течение двух месяцев непрерывно в качестве покаяния перед Аллахом. Аллах — Знающий, Мудрый.
Ələddin Sultanov:
Səhvən olması istisna olmaqla, heç bir möminin (başqa) bir mömini öldürməyə haqqı yoxdur. Kim bir mömini səhvən öldürərsə, mömin bir qul azad etməli və (ölənin) ailəsinə qanbahası verməlidir. (Öldürülənin ailəsinin qanbahasını) bağışlaması istisnadır. Əgər (öldürülən şəxs) mömin olub sizə düşmən bir tayfadan olarsa, mömin bir qul azad etmək lazımdır. Əgər (öldürülən şəxs) sizinlə aralarında müqavilə olan bir tayfadandırsa, o zaman onun ailəsinə qanbahası verməli və mömin bir qul azad etməlidir. Kim (buna imkan) tapa bilməsə, arxaarxaya iki ay oruc tutmalıdır ki, Allah tərəfindən tövbəsi qəbul edilsin. Allah hər şeyi biləndir, hikmət sahibidir.
Kerbelayi Malik ağa:
Bir möminin bir mömini öldürməsi- ‘xəta ilə olması istisna olmaqla’- olmaz (caiz deyil) və kim bir mömini xəta ilə öldürərsə, o zaman bir mömin kölə azad etməli və ölənin ailəsinə qanbahası verməlidir, ancaq onların (qanbahasını) sədəqə olaraq bağışlamaları müstəsna. Lakin o (xəta ilə öldürən) əgər sizə düşmən bir qövmdən olub və o mömindirsə, o təqdirdə bir mömin kölə azad etməsi lazımdır. Əgər sizinlə arasında müqavilə olan bir qövmdəndirsə, o zaman ölənin ailəsinə qanbahası verməli və bir mömin kölə azad etməsi lazımdır. Lakin (bunları) etməyə imkan tapa bilməyən kimsə isə, o təqdirdə tövbəsinin Allah tərəfindən qəbulu üçün ard-arda iki ay oruc tutsun. Allah ən yaxşı biləndir, ən yaxşı hökm verəndir.
Ələsgər Musayev:
Olmaz mömin üçün ki, qətl edə mömini, ancaq xəta
olaraq. Kim qətl edərsə mömin kəsi xəta edərək, onda bir
mömin qul azad etməli və onun ailəsinə qanbahası verməlidir,
əgər onlar bunu sədəqə olaraq bağışlamasalar. Əgər sizə
düşmən olan qoumdan olarsa və mömindirsə, onda bir mömin
qul azad edin. Əgər aranızda and olan qoumdan olarsa və onda
onun ailəsinə qanbahası verin və bir mömin qul azad edin! Və
kim tapmasa, onda Allah tərəfindən onun qayıtmasının qəbul
edilməsi üçün iki şəhr biri – birinin ardınca yiməs olmalıdır.
Oldu Allah Alim, Həkim!
A.Mehdiyev və D.Cəfərli:
Heç bir möminə səhv və xəta (tamamilə xəta üzündən baş verən və ya qəsdən edilənə oxşayan xəta) istisna olmaqla hansısa bir mömini öldürmək yaraşmaz (və bu həm ağıl, həm də şəriət baxımından da rəva deyildir). Kim səhvən bir mömini öldürsə, (qətlin kəffarəsi olaraq) bir mömin qulu azad etməli və öldürülənin qohumlarına (qanbahasını) bağışlamadıqları təqdirdə qanbahası verməlidir. Əgər öldürülən şəxs sizinlə düşmən olan bir dəstədən, özü də mömin olsa, onda (kəffarə olaraq) mömin bir qulun azad edilməsi vacibdir (və qanbahası lazım deyildir). Əgər sizinlə aralarında (sülh və ya himayə) əhd-peyman(ı) bağlanmış bir dəstədən olsa, onda onun qanbahası qohumlarına verilməli və mömin bir qul azad edilməlidir. (Qul) tapmayan kəs dalbadal iki ay oruc tutmalıdır. (Bunlar) Allah tərəfindən olan bir tövbədir. Allah həmişə (hər şeyi) bilən və hikmət sahibidir.
Kövsər Tağıyev:
Bir möminə başqa bir mömini öldürmək yaraşmaz. Ancaq yanlışlıqla olması istisnadır. Kim bir mömini yanlışlıqla öldürərsə, bir mömin köləni azad etməli və bağışlamadıqları təqdirdə ailəsinə diyə ödəməlidir. (Öldürülən kəs) mömin olar və düşməniniz olan bir qövmdən olarsa, mömin bir kölə azad etmək lazım gələr. Əgər sizinlə andlaşması olan bir qövmdən olarsa, ailəsinə veriləcək bir diyə və mömin bir kölə azad etmək lazım gələr. Kim bunlara imkan tapa bilməzsə, Allah tərəfindən tövbəsinin qəbul olunması üçün ard-arda iki ay oruc tutmalıdır. Allah haqqı ilə biləndir, hökm və hikmət sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Heç bir mömin, xəta istisna olmaqla, başqa bir mömini öldürməməlidir. Hər kim səhvən bir mömini öldürərsə, bir mömin qulu azad etməli və onun ailəsinə veriləsi qan bahasını, əgər ailə sədəqə edib (bağışlanmasa), verməlidir. Əgər o [öldürülən], sizə düşmən bir camaatdandırsa, və o, mömindirsə, onda bir mömin qul azad edilməlidir. Əgər o sizinlə özü arasında sazişi olan camaatdandırsa, onda ailəsinə qanbahası verilməsi və bir mömin kölənin azad olunması lazımdır. Kim (buna imkan) tapmasa, Allaha tövbə edə-edə iki ay ardıcıl oruc tutmalıdır. Həqiqətən, Allah hər şeyi biləndir, hökm və hikmət sahibidir.
Sabirə Dünyamalıyeva:
Və səhvən olması istisna, bir möminin, digər bir mömini öldürməsi olmaz. Və kim bir mömini, qəsdsiz/səhvən öldürsə, bir mömin kölə azad etməli və ölənin ailəsinə/varislərinə bir qanbahası verməlidir. -Ancaq ölənin ailəsinin bağışlaması istisnadır.- Əgər öldürülən, mömin olmaqla birlikdə sizə düşmən bir tayfadan isə, o zaman öldürən, mömin bir kölə azad etməlidir. Əgər öldürülən, sizinlə əhd bağlamış bir tayfadan isə öldürən, ölənin ailəsinə qanbahası verməli və mömin bir kölə azad etməlidir. Bunlara gücü çatmayan Allah tərəfindən tövbəsinin qəbul edilməsi üçün arxa-arxaya iki ay oruc tutmalıdır. Allah, ən yaxşı biləndir, ən yaxşı qanun qoyandır.