Nəhl Surəsi 93. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər Allah istəsəydi, sizi vahid bir ümmət edərdi. Lakin O, istədiyini azdırır, istədiyini doğru yola yönəldir. Siz etdiyiniz əməllərə görə mütləq sorğu-sual olunacaqsınız.
Bünyadov-Məmmədəliyev:
Əgər Allah istəsəydi, sizi (eynilə dində olan) tək bir ümmət edərdi. (Allah) dilədiyini zəlalətə salar, dilədiyini isə doğru yola yönəldər. Sözsüz ki, etdiyiniz əməllərə görə sorğu-sual olunacaqsınız!
Elmir Quliyev :
Если бы Аллах пожелал, то Он сделал бы вас единой общиной. Однако Он вводит в заблуждение, кого пожелает, и ведет прямым путем, кого пожелает, и вы непременно будете спрошены о том, что вы совершали.
Ələddin Sultanov:
Əgər Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Ancaq O, istədiyini zəlalətə salar, istədiyini isə doğru yola yönəldər. Şübhəsiz ki, siz etdiyiniz əməllərdən sorğu-sual olunacaqsınız.
Kerbelayi Malik ağa:
Əgər Allah diləsəydi, əlbəttə sizi tək bir ümmət edərdi. Lakin O, dilədiyini dəlalətdə buraxar dilədiyini hidayətə ərdirər. Əlbəttə etdiklərinizdən sorğu-sual olunacaqsınız.
Ələsgər Musayev:
Əgər Allah istəsəydi sizi vahid ümmət edərdi. Lakin O zəlalətdə tərk edər kimi istəsə hidayət edər kimi istəsə sual olunacaqsınız nədən ki, oldunuz əməllilər!
A.Mehdiyev və D.Cəfərli:
Əgər Allah istəsəydi, şübhəsiz, sizin hamınızı (məcburi surətdə) bir ümmət edərdi. lakin (öz cari qanunu əsasında, hamını din seçməkdə azad qoyur sonra) istədiyini (Onun dinini qəbul etməyən şəxsi) öz azğınlığında boşlayır istədiyini (Onun dinini qəbul edəni) hidayət edir. siz əməlləriniz barəsində mütləq sorğu-sual ediləcəksiniz.
Kövsər Tağıyev:
Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Lakin o, istədiyini azdırar, istədiyini doğru yola yönəldər. Etdiyiniz əməllərə görə mütləq sorğu-suala çəkiləcəksiniz.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər Allah istəsəydi, sizi (eyni dində olan) bir millət edərdi. Lakin O, istədiyi kəsi yoldan çıxarır istədiyi kəsə düz yol göstərir. Sizdən nələr etdiyiniz barəsində sorğu-sual olunacaqdır.
Sabirə Dünyamalıyeva:
Allah istəsəydi, əlbəttə, hamınızı vahid bir ümmət edərdi. Lakin Allah istədiyini/istəyəni yoldan azdırar istədiyini/istəyəni doğru yola yönləndirər. şübhəsiz ki, sizdən bütün etdikləriniz soruşulacaq/bütün etdiklərinizə görə sorğu-sual olunacaqsınız.