Əlixan Musayev:
yaxud qızıldan bir evin olmayınca; və ya göyə qalxmayınca (biz sənə inanmayacağıq). Əgər bizə oxuyacağımız bir kitab endirməsən, göyə qalxmağına da inanmayacağıq”. De: “Rəbbim pak və müqəddəsdir! Mən isə yalnız elçi (göndərilmiş) bir insanam”.
Bünyadov-Məmmədəliyev:
Və ya qızıldan bir evin olmayınca, yaxud sən göyə qalxmayınca (biz sənə iman gətirməyəcəyik). Əgər bizə (səmadan) oxuyacağımız bir kitab endirməsən, göyə qalxmağına da əsla inanmayacağıq!” (Ya Rəsulum!) De: “Rəbbim pakdır, müqəddəsdir! (Allah gedib-gəlmək, enib-qalxmaq kimi məxluqata aid olan xüsusiyyətlərdən uzaqdır!) Mən isə yalnız peyğəmbər olan bir insanam!” (Allahın izni olmayınca, heç bir peyğəmbər sizin dediklərinizi yerinə yetirməyə qadir deyildir!)
Elmir Quliyev
:
или пока у тебя не будет дома из драгоценностей; или пока ты не взойдешь на небо. Но мы не поверим в твое восхождение, пока ты не спустишься с Писанием, которое мы станем читать". Скажи: "Пречист мой Господь! Я же — всего лишь человек и посланник".
Ələddin Sultanov:
Yaxud da sənin qızıldan bir evin olmalı, ya da sən göyə qalxmalısan! (Yoxsa sənə inanmarıq.) Bizə oxuyacağımız bir kitab endirmədiyin müddətcə göyə qalxdığına da əsla inanmarıq”. De ki: “Rəbbim pak və müqəddəsdir! Mən yalnız peyğəmbər olaraq göndərilən bir insanam”.
Kerbelayi Malik ağa:
Ya da sənin qızıldan bir evin olsun və ya səmaya yüksəl. Bizə oxuyacağımız bir kitab endirmədikcə sənin yüksəlməyinə (meracına) əsla inanmarıq. De ki: ‘Mənim Rəbbim Sübhandı. Mən insan rəsuldan başqa bir şey deyiləm.’
Ələsgər Musayev:
ya
sənin üçün qızıl bəzəkli ev ola, ya səmaya çıxasan. Sənin
səmaya çıxmağına da inanmarıq, ta bizə kitab nazil edəsən, onu
qiraət edək». De: «Sübhandır Rəbbim! Mən ancaq bəşər rəsul
deyiləmmi?»
A.Mehdiyev və D.Cəfərli:
«Yaxud da sənin qızıldan (və rəngarəng zinət əşyalarından) bir evin olsun, ya da göyə tərəf qalxasan. Və bizə, oxuya biləcəyimiz bir yazı gətirməyincə göyə qalxmağına (da) əsla iman gətirmərik». De: «Mənim Rəbbim pak və nöqsansızdır (kimsə Onu mələkləri ilə birlikdə öz hüzuruna çağıra bilməz və bu işləri Onun istək və iradəsi olmadan heç kəs yerinə yetirə bilməz)! Məgər mən yalnız peyğəmbərliyə göndərilmiş bir bəşər deyiləm?» (Peyğəmbərin, hətta millət istəsə belə, möcüzə seçmək haqqı yoxdur və o, Allahın seçdiyi möcüzə ilə dəvət edir).
Kövsər Tağıyev:
qızıldan bir evin olmadıqca ya da göyə çıxmadıqca sənə əsla iman etməyəcəyik. Göydən bizə oxuyacağımız bir kitab endirmədikcə göyə çıxdığına da inanan deyilik”. De ki: “Rəbbimi nöqsanlardan uzaq bilirəm. Mən sadəcə peyğəmbər olaraq göndərilən bir bəşərəm”.
M.Qənioğlu və T.Bilaloğlu:
Yaxud bər-bəzəkli bir evin ola, yaxud göyə yüksələsən. Bizə oxuya bildiyimiz bir kitab nazil etməyincə sənin göyə qalxmağına inanmarıq." De: "Rəbbimə təriflər olsun! Mən ancaq göndərilmiş bir peyğəmbərəm."
Sabirə Dünyamalıyeva:
Yaxud sənin qızılla bəzənmiş bir evin olmalıdır, yaxud göyə çıxmalısan.