Əlixan Musayev:
Göylərdə və yerdə olanların hamısı ər-Rəhmanın hüzuruna ancaq bir qul kimi gələcək.
Bünyadov-Məmmədəliyev:
Çünki göylərdə və yerdə olan bütün məxluqatdan bir eləsi yoxdur ki, (qiyamət günü) Rəhmanın hüzuruna bir qul kimi gəlməsin.
Elmir Quliyev
:
Каждый, кто на небесах и на земле, явится к Милостивому только в качестве раба.
Ələddin Sultanov:
Göylərdə və yerdə olanlar hamılıqla bir qul kimi Rəhmanın hüzuruna gələcəklər.
Kerbelayi Malik ağa:
Səmalarda və yer üzündə olan kimsələrin hamısı mütləq Rəhmana qul olaraq gələcək.
Ələsgər Musayev:
Külli kim ki,
səmalarda və ərzdə var, ancaq gələr Rəhmanın hüzuruna qul
olaraq.
A.Mehdiyev və D.Cəfərli:
Göylərdə və yerdə olanların hamısı (qeyri-ixtiyari şəkildə) istisnasız, Rəhman olan Allahın qarşısında bəndə(lik əlaməti) olaraq baş əyərlər.
Kövsər Tağıyev:
Göylərdəki və yerdəki hər kəs Rəhmanın hüzuruna qul kimi gələcək.
M.Qənioğlu və T.Bilaloğlu:
Göylərdə və yerdə olanların hamısı mərhəmətli Allahın hüzuruna ancaq bir qul kimi gələcəklər.
Sabirə Dünyamalıyeva:
Göylərdə və yerdə olan bütün hər kəs Rəhmana [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allaha], yalnız bir qul kimi gələcək.