Əlixan Musayev:
O zaman Biz sizinlə əhd bağlayıb dağı (başınızın) üstünə qaldırdıq: “Sizə verdiyimizdən möhkəm yapışın və eşidin!”– (deyə əmr etdik). Onlar: “Eşitdik və asi olduq!”– dedilər. Küfrlərinə görə buzova (olan məhəbbət) onların qəlblərinə yeridildi. De: “Əgər siz möminsinizsə, imanınızın sizə əmr etdiyi şey necə də pisdir!”
Bünyadov-Məmmədəliyev:
Yadınıza salın o vaxtı ki, Biz sizdən əhd alıb, Tur dağını başınızın üstünə qaldırmış və: “Sizə verdiyimizdən (Tövratdan) möhkəm yapışın, (oradakı hökmləri) eşidin!” (demişdik). Onlar (sizin ata-babalarınız) isə: “Eşitdik və (o hökmlərə) qarşı çıxdıq (əməl etmədik)!” – dedilər. Çünki küfrləri üzündən buzovun məhəbbəti qəlblərini bürümüşdü. (Ya Rəsulum!) Onlara de: “Əgər iman gətirmisinizsə, imanınızın sizə belə əmr etməsi necə də pisdir!”
Elmir Quliyev
:
Вот Мы заключили с вами завет и воздвигли над вами гору: "Крепко придерживайтесь того, что Мы даровали вам, и слушайте". Они сказали: "Слышали и ослушаемся". Их сердца впитали любовь к тельцу по причине их неверия. Скажи: "Скверно то, что велит вам ваша вера, если вы вообще являетесь верующими".
Ələddin Sultanov:
Vaxtilə sizdən əhd alıb dağı üstünüzə qaldıraraq: “Sizə verdiyimizdən (Tövratdan) möhkəm yapışın, (oradakı hökmləri) dinləyin!” - demişdik. Onlar isə: “Eşitdik və qarşı çıxdıq!” - demişdilər. Küfrləri səbəbilə qəlblərini buzov sevgisi bürümüşdü. De ki: “Əgər iman gətirmisinizsə, imanınızın sizə onu əmr etməsi necə də pisdir!”
Kerbelayi Malik ağa:
Sizdən misaq almış və Tur dağını üstünüzə yüksəltmişdik. Sizə verdiyimizdən (Tövratdan) möhkəm yapışın və (əmrlərimizi) eşidin (demişdik). ‘Eşitdik və üsyan etdik.’ dedilər. Küfrləri səbəbiylə buzov (sevgisi) onların qəlblərinə yerləşdirildi. De ki: ‘Əgər siz mömin kəslərsinizsə, imanınızın sizə əmr etdiyi şey necə də pisdir.
Ələsgər Musayev:
Onda götürdük andınızı və yüksəltdik
fövqünüzə dağı: «Götürün nə əta etmişik sizə, qüvvətlə və
eşidin!» Dedilər: «Eşitdik və asi olduq!» Və doydular
qəlblərində buzova küfrləri ilə. De: «Pis əmr edir sizə onunla
imanınız, əgər oldunuz inananlar!»
A.Mehdiyev və D.Cəfərli:
Və (yadınıza salın) o zaman(ı) ki, sizdən əhd-peyman aldıq və Tur dağını başınız üzərinə qaldırdıq (və dedik): «(Tövratın ayələrindən) sizə verdiklərimizi ciddiyyətlə öyrənin, eşidin və qəbul edin.» Onlar (dilləri ilə) «eşitdik», (qəlbləri ilə isə) «itaətsizlik etdik» dedilər və küfrlərinə görə buzovun məhəbbəti onların qəlblərində möhkəmləndi. De: «Əgər möminsinizsə (və buzova pərəstiş etməyi, peyğəmbərləri öldürməyi və təkzib etməyi sizə imanınız əmr edirsə), onda imanınızın sizə əmr etdiyi şey nə qədər də pisdir!»
Kövsər Tağıyev:
Bir vaxt Turu başınızın üstünə qaldıraraq sizdən söz almışdıq: “Sizə verdiyimiz Kitaba möhkəm sarılın, onu eşidin”, – demişdik. Onlar (daha sonra inkara yönələrək): “Eşitdik, qarşı çıxdıq”,1 – demişdilər. İnkarları ucbatından buzov sevgisi onların qəlblərinə hopdurulmuşdu. Onlara de ki: “Əgər inanırsınızsa, (iddia etdiyiniz kimi Tövrata olan) imanınızın sizə əmr etdiyi şey nə pisdir!”
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman Biz sizdən əhd-peyman alaraq, Tur dağını başınız üzərinə qaldırmışdıq. "Sizə göndərdiyimizdən möhkəm tutun və qulaq asın !" Onlar: "Eşitdik və asi olduq." dedilər. Bu küfrləri ilə ürəklərinə buzov həkk edildi. De: "Əgər iman gətiribsinizsə, onda imanınızın sizə belə buyurması necə də pisdir !"
Sabirə Dünyamalıyeva:
Və bir zaman Biz sizdən, "Sizə verdiyimiz Kitabdan möhkəm yapışın və qulaq asın" deyə möhkəm vəd almış və sizin böyüyünüzü/seçilmişiniz Musanı Tura ucaltmışdıq/çıxarmışdıq. Dedilər ki: "Eşitdik və asi olduq/möhkəm yapışdıq." Və həqiqəti bilə-bilə inkar etdikləri üçün qızıla sitayiş onların qəlbində yer etmişdi. De ki: "Əgər möminsinizsə, etiqadınızın sizə əmr etdiyi şey necə də pisdir!"[#336]