Əlixan Musayev:
İman gətirib yaxşı işlər görənlərə, (Allahdan) qorxaraq iman gətirib yaxşı işlər gördükləri, sonra (yenə Allahdan) qor-xaraq iman gətirdikləri, sonra (yenə də Allahdan) qorxaraq yaxşı işlər gördükləri təqdirdə, (haram edilməmişdən əvvəl) dad-dıqları şeylərə görə heç bir günah gəlməz. Allah yaxşı iş görənləri sevir.
Bünyadov-Məmmədəliyev:
İman gətirib yaxşı işlər görənlərə pis əməllərdən çəkinib iman gətirdikləri, saleh əməllər etdikləri, sonra pis əməllərdən çəkinib iman gətirdikləri, sonra yenə də pis əməllərdən çəkinib yaxşı işlər gördükləri təqdirdə, (haram edilməmişdən əvvəl) daddıqları (yeyib içdikləri) şeylərdən ötrü günah tutulmaz. Allah yaxşı iş görənləri sevər!
Elmir Quliyev
:
На тех, которые уверовали и совершают праведные деяния, нет греха за то, чем они питались, если они были богобоязненны, веровали и совершали праведные деяния, если после этого они опять были богобоязненны и веровали, если после этого они опять были богобоязненны и творили добро. Ведь Аллах любит творящих добро.
Ələddin Sultanov:
İman gətirib yaxşı işlər görənlər (Allahdan) çəkinərək iman gətirər və saleh əməllər edər, sonra yenə (Allahdan) çəkinib iman gətirər, sonra yenə (Allahdan) çəkinib yaxşı işlər görərlərsə, (haram edilməmişdən əvvəl) daddıqlarına (yeyib-içdiklərinə) görə onlara heç bir günah yoxdur. Allah yaxşı əməl sahiblərini sevər.
Kerbelayi Malik ağa:
Amənu olanlar və saleh əməl (nəfsini islahedici əməl) işləyənlər üzərinə təqva sahibi olmadıqları zaman yediklərinə görə bir günah gəlməz. Amənu olun və əməli salihat edin! Sonra da təqva sahibi olun! Amənu olun, sonra da təqva sahibi olun və əhsən olun! Allah muhsinləri sevər.
Ələsgər Musayev:
O
kəslər üçün ki, iman gətirib və əməllərini islah edirlər, onu ki,
əvvəlcədən yeyiblər, onlar üçün günah yoxdur onda ki, təqvalı
olub və iman gətirib və əməllərini islah ediblər, sonra təqvalı
olub və iman gətiriblər, sonra təqvalı olub və imanlarını
qüvvətləndirərək yaxşılıq edirlər! Allah sevir yaxşılıq edənləri!
A.Mehdiyev və D.Cəfərli:
İman gətirib yaxşı işlər görən kəslərə (haram olmamışdan qabaq şərabdan, murdardan və qumarla əldə edilən məhsuldan) daddıqlarında (həmin şeylər haram olduqdan sonra isə) təqvalı olaraq (dinin əslinə ümumi şəkildə) iman gətirib yaxşı işlər gördükləri, sonra təqvalı olub (dinin hökmlərinə müfəssəl surətdə) iman gətirdikləri və yenə də təqvalı olub yaxşı iş gördükləri (din hökmlərini kamil və gözəl surətdə yerinə yetirdikləri) təqdirdə bir günah yoxdur. Allah yaxşıları və yaxşı iş görənləri sevir.
Kövsər Tağıyev:
İman edib saleh işlər görənlərə Allaha qarşı gəlməkdən çəkindikləri, iman etdikləri və saleh işlər gördükləri, sonra Allaha qarşı gəlməkdən çəkindikləri və iman etdikləri, sonra yenə Allaha qarşı gəlməkdən çəkindikləri və yaxşılıq etdikləri təqdirdə daha əvvəl yeyib-içdikləri şeylərə görə bir günah yoxdur. Allah yaxşılıq edənləri sevər.
M.Qənioğlu və T.Bilaloğlu:
İman gətirənlərə və xeyir işlər tutanlara Allahdan qorxaraq iman gətirib xeyir işlər tutduqları, sonra (yenə də) Allahdan qorxaraq iman gətirdikləri, daha sonra Allahdan qorxaraq yaxşı işlər tutduqları halda (haram edilməzdən əvvəl) yedikləri şeylərə görə heç bir günah yoxdur. Allah yaxşı əməl sahiblərini sevir.
Sabirə Dünyamalıyeva:
İnanan və yaxşılaşdırmaq qayəsi ilə əməl işləyən kəslərə, Allahın mühafizəsi altına daxil olduqları, inandıqları, yaxşılaşdırmaq qayəsi ilə əməl işlədikləri, sonra Allahın mühafizəsi altına daxil olduqları, inandıqları və sonra Allahın mühafizəsi altına daxil olduqları və gözəl-yaxşı əməl işlədikləri zaman, daddıqları şeylərdən ötrü bir məsuliyyət yoxdur. Və Allah, gözəl-yaxşı əməl işləyənləri sevər.