Əraf Surəsi 93. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Şueyb) onlardan üz çevirib dedi: “Ey qövmüm! Mən Rəbbimin mənə vəhy etdiyi hökmlərini sizə çatdırdım sizə öyüd-nəsihət verdim. Kafir tayfadan ötrü mən necə heyfsilənə bilərəm?”
Bünyadov-Məmmədəliyev:
(Şüeyb) onlardan üz döndərib dedi: “Ey camaatım! Mən sizə Rəbbimin əmrlərini təbliğ etdim öyüd-nəsihət verdim. İndi kafir bir tayfadan ötrü necə yas tutum?”
Elmir Quliyev :
Он отвернулся от них и сказал: мой народ! Я донес до вас послания моего Господа и искренне желал вам добра. Как я могу печалиться о неверующих людях?"
Ələddin Sultanov:
Şüeyb onlardan üz döndərib dedi: “Ey qövmüm! Mən sizə Rəbbimin göndərdiyi vəhyləri təbliğ etdim öyüd-nəsihət verdim. İndi kafir bir qövm üçün necə kədərlənim?”
Kerbelayi Malik ağa:
(Şuayb ə.s) beləcə onlardan üz çevirdi belə dedi: ‘And olsun ki, Rəbbimin risalələrini (göndərdiklərini) sizə təbliğ etdim. Sizə nəsihət verdim. Artıq kafir bir qövmə görə necə (nə üçün) kədərlənim?’
Ələsgər Musayev:
Onlardan üz döndərib dedi: «Ay qoumum! Əlbəttə, təbliğ etdim sizə Rəbbimin risalətini sizin üçün nəsihət etdim necə mən inanmıyan qouma görə təəssüf edim?»
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, (Şüeyb) onlardan üz döndərdi (cəsədlərinə xitab edərək) dedi: «Ey mənim qövmüm, şübhəsiz mən Rəbbimin tapşırıqlarını sizə çatdırdım sizə öyüd-nəsihət verərək xeyrinizi istədim. Belə olan halda, kafir bir dəstə üçün necə kədərlənim?».
Kövsər Tağıyev:
(Şüeyb) onlardan üz döndərdi dedi ki: “Ey qövmüm! And olsun, mən sizə Rəbbimin vəhy etdiklərini çatdırdım. Sizə öyüd-nəsihət verdim. İndi mən inkarçı bir qövmə görə necə kədərlənim?!”
M.Qənioğlu və T.Bilaloğlu:
O, onlardan üz döndərdi dedi: "Ey mənim camaatım! Artıq mən öz Rəbbimin risalələrini sizə çatdırdım sizə öyüd-nəsihət verdim. Kafir adamlara mən necə acıya bilərəm?"
Sabirə Dünyamalıyeva:
Belə olduqda Şüeyb, onlardan üz çevirdi və: "Ey qövmüm! Mən sizə Rəbbimin göndərdiklərini təbliğ etdim sizə öyüd verdim, vəziyyət belə olduğu halda kafirlər tayfasından [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edən bir tayfadan] ötrü necə qayğılanım?" dedi.