Yunus Surəsi 94. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər sənə nazil etdiyimizə şübhə edirsənsə, səndən əvvəl Kitab oxuyanlardan soruş. Rəbbindən sənə haqq gəlmişdir. Odur ki, şübhə edənlərdən olma.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbərim!) Əgər sənə nazil etdiyimizə şübhə edirsənsə, (bu haqda) səndən əvvəl kitab (Tövrat) oxuyanlardan (Abdullah ibn Salam kimi kitab əhlindən) soruş. Haqq sənə, sözsüz ki, Rəbbindən gəlmişdir. Şübhə edənlərdən olma!
Elmir Quliyev :
Если ты сомневаешься в том, что Мы ниспослали тебе, то спроси тех, кто начал читать Писание раньше тебя. Воистину, к тебе явилась истина от твоего Господа. Не будь же в числе тех, кто сомневается.
Ələddin Sultanov:
(Ey peyğəmbər!) Əgər sənə nazil etdiyimizdən şübhə edirsənsə, səndən əvvəl kitabı (Tövratı) oxuyanlardan soruş. And olsun ki, Rəbbindən sənə haqq (Quran) gəlmişdir. Ona görə əsla şübhə edənlərdən olma!
Kerbelayi Malik ağa:
Bundan sonra əgər sənə endirdiyimiz şey haqqında şübhə içində olsan, o zaman səndən öncə kitabı oxuyan kimsələrdən soruş. And olsun ki, sənə Rəbbindən haqq gəldi. Elə isə əsla şübhə edənlərdən olma.
Ələsgər Musayev:
Əgər o şeyin barəsində ki, sənə nazil etmişik, şəkdə olasan, sual et o kəslərdən ki, səndən qabaq kitab qiraət edirlər. Əlbəttə, haqq gəldi sənə Rəbbin tərəfindən olma şübhə edənlərdən!
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, (məsələn) əgər (dini maarifdən) sənə nazil etdiyimizdən şəkk tərəddüddəsənsə, onda səndən öncə (səmavi) kitab oxuyanlardan soruş. Şübhəsiz, haqq sənə Rəbbin tərəfindən gəlmişdir. Buna görə əsla şübhə edənlərdən olma!
Kövsər Tağıyev:
Firon: “Bütün mahir sehrbazları yanıma gətirin”, dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər sənə nazil etdiyimizə bir şəkk-şübhən olsa, onda səndən əvvəl Kitab [müqəddəs kitablar] oxuyanlardan soruş. Sənə haqq sənin Rəbbindən gəlmişdir sən heç vaxt şübhə edənlərdən olma!
Sabirə Dünyamalıyeva:
Artıq, sənə nazil etdiyimiz şeylərin bir qisiminə dair qəti, kafi məlumatın yox idisə, dərhal səndən əvvəl kitab öyrənib-öyrədən kəslərdən soruş! And olsun ki, sənə Rəbbindən haqq gəlmişdir.