Hud Surəsi 94. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əmrimiz gəldikdə Şueybi onunla birlikdə iman gətirənləri Öz mərhəmətimizlə xilas etdik. Zülm edənləri isə qorxunc səs yaxaladı onlar öz evlərində üzüqoylu düşüb qaldılar.
Bünyadov-Məmmədəliyev:
(Şüeyb tayfasının məhvi barəsində) əmriniz gəldikdə Özümüzdən bir mərhəmət olmaqla, Şüeybi onunla birlikdə iman gətirənləri xilas etdik. O zülm edənləri isə, dəhşətli (tükürpədici) bir səs bürüdü onlar öz evlərində diz üstə çöküb qaldılar (bir göz qırpımında məhv oldular).
Elmir Quliyev :
Когда же явилось Наше веление, Мы по Своей милости спасли Шуейба и тех, кто уверовал вместе с ним. А беззаконников поразил ужасный вопль, и они оказались повергнуты ниц в своих домах,
Ələddin Sultanov:
Əmrimiz gəldiyi zaman Öz mərhəmətimizlə Şüeybi onunla birlikdə iman gətirənləri xilas etdik. Zalımları isə, qorxunc səs bürüdü onlar öz yurdlarında diz üstə çöküb qaldılar.
Kerbelayi Malik ağa:
Əmrimiz gəldiyi zaman Şuaybı (ə.s) onunla birlikdə amənu olanları Bizdən bir rəhmətlə qurtardıq. Zalım kəsləri bir seyhə (səs) yaxaladı. Beləcə öz diyarlarında diz üstə çöküb qaldılar.
Ələsgər Musayev:
Amma elə ki, gəldi əmrimiz, Şuəybə o kəslərə ki, onunla iman gətirmişdilər, Öz rəhmətimizlə nicat verdik. Tutdu o kəsləri ki, zalim idilər, dəhşətli səs sübh etdilər öz diyarlarında üzü üstə düşmüş halda.
A.Mehdiyev və D.Cəfərli:
Bizim (onların əzabı barəsindəki) əmrimiz yetişən zaman, Şüeybə onunla birgə iman gətirənlərə tərəfimizdən olan bir rəhmətlə nicat verdik zülm edənləri (göydən gələn öldürücü bir) bağırtı yaxaladı. Beləliklə onlar öz evlərində diz çökmüş halda ölüb üzü üstə düşdülər.
Kövsər Tağıyev:
(Əzab) əmrimiz gəldiyi zaman Şüeybi onunla birlikdə iman edənləri rəhmətimizlə qurtardıq. Zülm edənləri isə o qorxunc (uğultulu) səs yaxaladı, yurdlarında diz üstü çöküb qaldılar.
M.Qənioğlu və T.Bilaloğlu:
Əmrimiz gələndə Şüeybi onunla birlikdə iman gətirənləri öz mərhəmətimizlə xilas etdik. Zülm edənləri isə tükürpədici bir hayqırtı yaxaladı onlar öz evlərində üzüquylu düşüb qaldılar,
Sabirə Dünyamalıyeva:
zaman ki, əmrimiz gəldi, Şüeybi onunla birlikdə iman olan kəsləri, tərəfimizdən bir rəhmət ilə xilas etdik. şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən o kəsləri qorxunc bir səs yaxaladı