Maidə Surəsi 94. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey iman gətirənlər! Allah sizi əllərinizin nizələrinizin çata biləcəyi bir ovla imtahan edəcək ki, Allah, gizlində (yaxud Onun Özünü görmədən) kimin Ondan qorxduğunu üzə çıxarsın. Bundan sonra həddi aşan kimsə üçün isə üzücü bir əzab hazırlanmışdır.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Allah Özünü görmədən (gizlində) Ondan qorxanları ayırd etmək (xalqa bildirmək) üçün sizi (ehramda ikən) əllərinizin mizraqlarınızın çata biləcəyi (azacıq) bir ovla imtahan edəcəkdir. Bundan sonra həddi aşanı (ov edəni) şiddətli bir əzab gözləyir!
Elmir Quliyev :
О те, которые уверовали! Аллах обязательно подвергнет вас испытанию охотничьей добычей , которую смогут достать ваши руки и копья, чтобы Аллах узнал тех, кто боится Его, не видя Его воочию (или втайне от людей). А кто преступит границы дозволенного после этого, тому будут уготованы мучительные страдания.
Ələddin Sultanov:
Ey iman gətirənlər! Allah sizi, (ehramda ikən) əlləriniz mizraqlarınızla ovlaya biləcəyiniz bir ovu (qadağan etmək) ilə imtahan edəcəkdir ki, tənhalıqda Ondan qorxanları bilib ayırd etsin. Bundan sonra kim həddi aşarsa, onun üçün şiddətli bir əzab vardır!
Kerbelayi Malik ağa:
Ey amənu olanlar! Allah sizi gizlində, Ondan kimin qorxduğunu bilməsi (bilinib müəyyən olması üçün) üçün əllərinizin nizələrinizin çata biləcəyi ov növündən bir şeylə sizi mütləq imtahan edər. Artıq kim bundan sonra həddi aşarsa, o təqdirdə onun üçün ‘ağrılı-acılı əzab’ vardır.
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Allah sizi ovla imtahan edəcək, hansı ki, ona əlləriniz nizələrinizlə nail olacaqsınız. Ondan ötrü ki, məlum etsin Allah, kim qeybə Ondan çəkinir. Kim bundan sonra həddi aşarsa, onun üçün ələmli əzab var!
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, Allah gizlində Ondan qorxanları aşkar etmək (əzəli elminin xaricdə gerçəkləşməsi) üçün sizi mütləq əliniz nizəniz çatan ovdan bir şeylə (ehram halında olan zaman quru heyvanlarını ovlamağı qadağan etməklə) imtahan edəcəkdir (ki, həmin heyvanlar sizdən hürkməsinlər sizə yaxınlaşsınlar). Beləliklə, bundan sonra kim (müəyyənləşdirilmiş) həddi aşsa, onun üçün ağrılı bir əzab olacaqdır.
Kövsər Tağıyev:
Ey iman edənlər! And olsun, Allah sizi əllərinizin mizraqlarınızın çata biləcəyi ov(lar) ilə əlbəttə, sınayacaq ki, görmədiyi halda Ondan qorxanı ayırıb meydana çıxarsın. Kim bundan (bu açıqlamadan) sonra həddini aşarsa, ona ağrılı-acılı bir əzab var.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər! Allah gizlində Ondan kimin qorxduğunu bilmək üçün əlləriniz nizələrinizlə əldə edə biləcəyiniz ovla sizi sınayacaqdır. Kim bundan sonra həddini aşarsa ona üzücü bir əzab vardır.
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Həqiqətən Allah, kimsəsiz yerlərdə Özündən qorxanları [ayırd edib] bildirmək üçün sizi bir şeylə; əllərinizin nizələrinizin çata biləcəyi bir ovla sınayar. Elə isə, kim bundan sonra həddi aşsa, onunu üçün ağrılı-acılı bir əzab var.