Ənam Surəsi 94. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Hüzurumuza ilk dəfə sizi xəlq etdiyimiz kimi tək-tənha, həm sizə verdiyimiz (nemətləri) arxanızda qoyub gəldiniz. Öz aranızda (Allaha) şərik saydığınız şəfaətçilərinizi yanınızda görmürük. Artıq aranızda əlaqə qırılmış, iddia etdiyiniz (tanrılar) isə sizdən uzaqlaşmışdır.
Bünyadov-Məmmədəliyev:
Siz Bizim hüzurumuza ilk dəfə sizi yaratdığımız kimi tək-tənha, özü sizə verdiyimiz (var-dövləti, əhli-əyalı) arxanızda (dünyada) qoyub gəlmisiniz. Artıq sizin (vaxtı ilə) öz aranızda Allahın şərikləri iddia etdiyiniz şəfaətçilərinizi görmürük. Artıq aranızdakı (rabitə) qırılmış (Allaha şərik) iddia etdikləriniz (bütlər) sizdən (uzaqlaşıb) qeyb olmuşdur.
Elmir Quliyev :
Вы явились к Нам одинокими, какими Мы сотворили вас в первый раз, и оставили позади себя то, чем Мы вас наделили. Мы не видим с вами ваших заступников, которых вы для себя считали сотоварищами Аллаха. Связи между вами разорваны, и покинуло вас то, что вы утверждали.
Ələddin Sultanov:
Şübhəsiz ki, sizə (dünyada) verdiklərimizi arxada qoyaraq ilk dəfə sizi yaratdığımız kimi tək-tək Bizə gələcəksiniz. Öz aranızda (Allaha) şərik qoşduğunuz şəfaətçilərinizi sizin yanınızda görməyəcəyik. Artıq aranızdakı (əlaqə) kəsilmiş iddia etdiyiniz (bütlər) sizdən uzaqlaşıb getmişdir.
Kerbelayi Malik ağa:
And olsun ki, sizi ilk dəfə yaratdığımız kimi Bizə tək-tək (tək başına) gəldiniz sizə verdiksə (nəyin sahibi etdiksə, lütf etdiksə), arxanızda qoyub gəldiniz. Sizinlə şərik olduğunu zənn etdiyiniz şəfaətçilərinizi sizinlə birlikdə görmürük. And olsun, sizinlə aranızdakı bağları qoparılmış, haqqlarında iddia etdiyiniz şeylər sizdən uzaqlaşıb getmişdir.
Ələsgər Musayev:
Əlbəttə, gəldiniz Bizim hüzurumuza fərd halında, qədər, xəlq etmişdik sizi əvvəldə tərk etdiniz ki, sizə vermişik, özünüzdən arxada. Görmürük sizinlə birlikdə şəfa edənlərinizi - o kəsləri ki, güman edirdiniz ki, sizin üçün şəriklərdir. Əlbəttə, qətt olundu aranızda azıb aradan getdi etdiyiniz gümanlar.
A.Mehdiyev və D.Cəfərli:
(Müşriklər Bərzəx aləminə daxil olan kimi, həmçinin onlar Qiyamət səhnəsinə ilk dəfə qədəm qoyan zaman onlara belə xitab ediləcək:) Həqiqətən Bizim yanımıza sizi yaradılışın əvvəlində (dünyada) yaratdığımız kimi tək gəldiniz sizə əta etdiklərimizi arxada qoydunuz. (Bizim rübubiyyətimizdə və) özünüz(ün ibadətiniz)də şəriklər güman etdiyiniz şəfaətçiləri sizinlə görmürük! Şübhəsiz, aranızdakı bağlılıqlar qırılmış (Bizim şəriklərimiz olmalarını) güman etdiyiniz şey nəzərinizdən itmişdir».
Kövsər Tağıyev:
And olsun, sizi ilk dəfə yaratdığımız kimi tək-tək bizim hüzurumuza gəldiniz. Sizə verdiyimiz dünyəvi nemətləri arxanızda qoydunuz. Sizə görə Allahın şərikləri olduğunu zənn etdiyiniz şəfaətçilərinizi yanınızda görmürük? Artıq aranızdakı bağlar tamamilə qopmuş (Allahın şəriki olduqlarını) iddia etdikləriniz sizi darda qoyub qeyb olmuşlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Hüzurumuza sizi ilk dəfə xəlq etdiyimiz kimi, həm sizə verdiyimiz nemətləri arxanızda tərk edərək tək-tənha gəldiniz Biz içərinizdə Allaha şərik qoşmaq iddiasında olduğunuz havadarlarınızı sizinlə bir yerdə görmürük. Artıq aranızda əlaqə kəsilib iddiasında olduğunuz sizdən üz döndəribdir.
Sabirə Dünyamalıyeva:
and olsun ki, siz, sizi ilk dəfə meydana gətirdiyimiz zamanki kimi yalnız başına/tək-tək Bizə gəldiniz sizə verdiyimiz şeyləri arxanızda qoyub gəldiniz. aranızda, şəriklər olduğuna inandığınız uydurma köməkçilərinizi sizin yanınızda görmürük. And olsun ki, aranızda kəsinti/qırılma olmuş səhv olaraq inandığınız şeylər qeyb olmuşdur.