Tövbə Surəsi 94. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Döyüşdən) qayıtdığınız zaman sizdən üzr diləyəcəklər. De: “Üzr dilə­­yin. Sizə əsla inanmayacağıq. Allah sizin işlərinizdən bizi agah etmişdir. (Sonrakı)əməllərinizi Allah da görəcək, Onun Elçisi də”. Sonra isə qeybi ­karı Bilənin dərgahına qaytarılacaqsı­nız, O da sizə etdiklərinizi xəbər verə­cəkdir.
Bünyadov-Məmmədəliyev:
(Döyüşdən geri dönüb) yanlarına qayıtdığınız zaman onlar sizdən üzr istəyərlər. (Onlara) belə de: “(Əbəs yerə) üzr istəməyin, onsuzda sizə inanmayacağıq. Allah əhvalınızdan bizi xəbərdar etmişdir. (Bundan belə) əməlinizi Allah da görəcək, Onun Peyğəmbəri də”. Sonra qeybi aşkarı bilənin (Allahın) hüzuruna qaytarılacaqsınız, O da sizə etdiklərinizi xəbər verəcəkdir!
Elmir Quliyev :
Когда вы возвратитесь к ним, они станут оправдываться. Скажи: "Не оправдывайтесь, мы все равно не поверим вам. Аллах уже сообщил нам вести о вас. Аллах и Его Посланник увидят ваши деяния. А потом вы будете возвращены к Ведающему сокровенное и явное, и Он сообщит вам о том, что вы совершали".
Ələddin Sultanov:
(Döyüşdən) onların yanına qayıtdığınız zaman sizə üzrxahlıq edəcəklər. De: “Üzr istəməyin! Biz sizə inanmayacağıq. Çünki Allah sizin xəbərlərinizi bizə bildirmişdir. Sizin əməlinizi Allah da, Onun Peyğəmbəri görəcəkdir. Sonra qeybi də, aşkarı da bilən Allaha qaytarılacaqsınız O, etdiyiniz əməlləri sizə xəbər verəcəkdir”.
Kerbelayi Malik ağa:
Onların yanına geri döndüyünüz zaman sizə bəhanə edərək üzr istəyərlər. ‘Üzr istəməyin, sizə əsla inanmarıq.’ de. Allah sizin xəbərlərinizi (vəziyyətinizi) mənə bildirmişdi. Allah Onun Rəsulu sizin əməllərinizi görəcək. Sonra qeybi (görünməyəni) görünəni bilənə döndəriləcəksiniz. Beləliklə etmiş olduğunuz şeyləri sizə xəbər verəcək.
Ələsgər Musayev:
Üzr istəyəcəklər sizdən, onda ki, müraciət etdiniz onlara tərəf. De: «Üzr istəməyin. Sizə inanmırıq. Allah xəbərlərinizi bizə bildirib tezliklə Allah Onun rəsulu əməllərinizi aşkara salar, sonra qeybi aşkarı bilənin yanına qayıdarsınız xəbər verəcək sizə ilə ki, oldunuz əməllilər!
A.Mehdiyev və D.Cəfərli:
Siz (Təbuk döyüşündən) onların yanına qayıdanda onlar (döyüşə getmədiklərinə görə) sizə bəhanə gətirərlər. De: «Heç bir bəhanə gətirməyin ki, sizə əsla inanmayacağıq. Həqiqətən Allah bizi sizin xəbərlərinizdən agah etmişdir. Sizin əməllərinizi (gələcəkdə tövbə edəcəyinizi, yoxsa öz küfrünüzdə qalacağınızı) tezliklə Allah Onun Peyğəmbəri görəcəklər. Sonra gizlini aşkarı bilənə tərəf qaytarılacaqsınız. Beləliklə O sizi etdiklərinizdən xəbərdar edəcəkdir.
Kövsər Tağıyev:
Onların yanına qayıtdığınız zaman sizə bəhanə gətirəcəklər. De ki: “Bəhanə gətirməyin. Sizə qətiyyən inanmarıq. Çünki Allah bizə sizin xəbərinizi bildirdi. Bundan sonra əməllərinizi Allah da, Rəsulu da görəcək. Sonra hamınız qeybi də, görünən aləmi bilənə qaytarılacaqsınız, etdiklərinizi sizə xəbər verəcək”.
M.Qənioğlu və T.Bilaloğlu:
Siz (döyüşdən) onların yanına qayıdanda onlar sizdən üzr istəyəcəklər. De: "Üzr istəməyin, heç vaxt sizə inanmayacağıq. Allah sizin haqqınızda artıq bizə xəbər vermişdir. Allah Onun peyğəmbəri sizin əməllərinizi görəcəkdir. Sonra isə siz qeybin aşkarın Bilicisinin yanına qaytarılacaqsınız O, nələr etdiyinizi sizə xəbər verəcəkdir!"
Sabirə Dünyamalıyeva:
Yanlarına qayıtdığınız zaman sizə üzr [bəhanə] gətirəcəklər. De ki: "Üzr diləməyin. Sizə qətiyyən inanmarıq. Allah bizə, sizin işləriniz barədə vacib xəbərlər verdi." Bundan sonra da Allah Elçisi əməlinizi görəcək. Daha sonra da görünməyəni görünəni bilən Allahın hüzuruna qaytarılacaqsınız. Sonra da O, işlədiyiniz əməlləri sizə xəbər verəcəkdir.