Əraf Surəsi 95. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sonra pisliyi yaxşılıqla əvəz etdik. Nəhayət onlar firavanlıq içində yaşayarkən: “Atalarımıza da belə qıtlıq bolluq üz vermişdi”– dedilər. Biz onları heç özləri hiss etmədən qəflətən yaxaladıq.
Bünyadov-Məmmədəliyev:
Sonra sıxıntını (bəlanı, pisliyi) firavanlıqla əvəz etdik. Beləliklə, onlar artıb çoxaldılar dedilər: “Atalarımıza da belə yaxşı-yaman günlər üz vermişdi”. Elə bu an onları özləri bilmədən, qəflətən (əzabla) yaxaladıq.
Elmir Quliyev :
Затем Мы заменяли зло добром, и тогда они начинали благоденствовать и говорили: "Наших отцов также касались невзгоды и радости". Мы хватали их внезапно, когда они даже не помышляли об этом.
Ələddin Sultanov:
Sonra pisliyi yaxşılıqla əvəz etdik. Nəhayət, onlar artıb çoxaldılar və: “Atalarımıza da pislik yaxşılıq üz vermişdi”, - dedilər. Biz onları, özləri hiss etmədən qəflətən yaxaladıq.
Kerbelayi Malik ağa:
Sonra seyyiatın (günahın) yerini həsənatla (yaxşılıqla, savabla) dəyişdirdik. zaman ki, çoxaldılar belə dedilər. ‘Atalarımıza da şiddətli darlıq fərahlıq (firavanlıq, xeyir) üz vermişdi. (Allahdan bilmədilər, dərs almadılar). Bunun üzərinə onları özləri bilmədən yaxaladıq.’
Ələsgər Musayev:
Sonra o pisliyi yaxşılığa dəyişdik dedilər: «Bizim atalarımıza da belə zərər xeyir toxunmuşdu». Biz onları qəflətən yaxaladıq, o halda ki, onlar bilmirdilər!
A.Mehdiyev və D.Cəfərli:
Sonra o pislik çətinliyin yerinə yaxşılıq xoşluq gətirdik, nəhayət (mal övlad baxımından) artdılar (yenə ayılmayaraq) «bizim atalarımıza da narahatlıq rahatlıq üz vermişdi (bu, təbii bir işdir, pərdə arxasında bir səbəbkar yoxdur)» dedilər. Belə olduqda, özləri bilmədən, qəflətən onları yaxaladıq.
Kövsər Tağıyev:
Sonra pisliyin (sıxıntı məhrumiyyətin) yerinə yaxşılığı (bolluğu) gətirdik. Nəhayət, çoxaldılar (nankorluq edib): “Atalarımız da sıxıntıya uğramış bolluğa qovuşmuşdular”, dedilər. Biz onları baş verdiyini anlamadıqları bir anda qəflətən yaxaladıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Sonra isə Biz pisliyi yaxşılıqla əvəz etdik ki, onlar çoxalıb desinlər: “Ata-babalarımıza da yaxşı-yaman günlər üz verib". Biz isə, qəflətən onları elə yaxaladıq ki, heç özləri hiss etmədilər.
Sabirə Dünyamalıyeva:
Sonra pisliyin yerini yaxşılıqla əvəz etdik; nəhayət çoxaldılar "Əcdadımıza da belə çətinlik sevinc üz vermişdi" dedilər. Belə olduqda onları dərhal, özləri hiss etmədən qəflətən yaxaladıq.