Yunus Surəsi 97. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlara ayələrin hamısı gəlsə belə, üzücü əzabı görməyincə (iman gətirməzlər).
Bünyadov-Məmmədəliyev:
Onlara hər hansı bir ayə gəlsə, şiddətli əzabı görməyincə (inanmazlar).
Elmir Quliyev :
пока их не постигнут мучительные страдания, даже если им явятся любые знамения.
Ələddin Sultanov:
Onlara bütün ayələr (möcüzələr) gəlsə belə, acı verən əzabı görməyincə (iman gətirməzlər).
Kerbelayi Malik ağa:
Onlara bütün ayələr gəlsə belə, şiddətli əzabı görənə qədər (onlar mömin olmazlar - ayə 96).
Ələsgər Musayev:
əgər gəldi onlara külli ayət, ta ələmli əzabı görələr.
A.Mehdiyev və D.Cəfərli:
Onlara bütün nişanələr möcüzələr gəlsə belə, ağrılı əzabı görənə kimi (iman gətirməyəcəklər).
Kövsər Tağıyev:
Günahkarların xoşuna gəlməsə də, Allah haqqı öz sözləri ilə gerçəkləşdirəcək”.
M.Qənioğlu və T.Bilaloğlu:
hər hansı bir ayə onlara gəlsə belə, üzücü əzabı görməyincə (inanmazlar).
Sabirə Dünyamalıyeva:
bütün işarətlər/nişanlar hamısı birdən gəlsə, yenə o ağrılı əzabı görməyincə iman etməzlər.