Hud Surəsi 97. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Firon onun əyanlarına. Onlar isə Fironun əmrinə tabe oldular. Halbuki Fironun əmri doğru (yol göstərən əmr) deyildi.
Bünyadov-Məmmədəliyev:
Firona onun əyan-əşrafına. Onlar Fironun əmrinə tabe oldular. Halbuki Fironun əmri düzgün deyildi.
Elmir Quliyev :
к Фараону и его знати. Но они последовали повелению Фараона, хотя повеление Фараона было неразумным.
Ələddin Sultanov:
Firona onun əyanlarına. Lakin onlar Fironun əmrinə tabe oldular. Halbuki Fironun əmri doğru deyildi.
Kerbelayi Malik ağa:
Firon onun qövmünün öndərlərinə (Musanı (ə.s) göndərdik (ayə-96). Lakin, onlar Fironun əmrinə tabe oldular. Fironun əmri (isə) irşad edici deyildi.
Ələsgər Musayev:
Firauna onun böyüklərinə tərəf Firaunun əmrinə itaət etdilər. Firaunun əmri düzgün deyildi.
A.Mehdiyev və D.Cəfərli:
Firona onun qövmünün başçı böyüklərinə tərəf. Onlar Fironun əmrinə tabe oldular. Fironun əmri əsla doğru yol göstərən deyildi.
Kövsər Tağıyev:
Firona onun əyan-əşrafına peyğəmbər göndərdik. Onlar Fironun əmrinə tabe oldular. Halbuki Fironun əmri doğru deyildi.
M.Qənioğlu və T.Bilaloğlu:
Fironun onun əyanlarının yanına göndərdik. Onlar isə Fironun əmrinə tabe oldular. Halbuki Fironun əmri ağıllı bir əmr deyildi.
Sabirə Dünyamalıyeva:
Amma onlar Fironun əmrinə tabe oldular. Halbuki Fironun əmri ağıl işlədən/doğruya çatdıran deyil.