Əlixan Musayev:
Qurunun və dənizin qaranlıqlarında yolu tapa biləsiniz deyə sizin üçün ulduzları yaradan Odur. Artıq Biz ayələri bilən bir qövmə izah edirik.
Bünyadov-Məmmədəliyev:
Suyun və qurunun zülmətində (yolunuzu) düz getmək üçün ulduzları sizin üçün yaradan da Odur. Biz bu ayələri anlayan bir camaat üçün bu cür ətraflı izah etdik.
Elmir Quliyev
:
Он — Тот, Кто сотворил для вас звезды, чтобы вы находили по ним путь во мраках суши и моря. Мы уже разъяснили знамения для людей знающих.
Ələddin Sultanov:
Gecə vaxtı quruda və dənizdə düz yolu gedə biləsiniz deyə, sizin üçün ulduzları yaradan da Odur. Bilən bir qövm üçün ayələri ətraflı şəkildə açıqladıq.
Kerbelayi Malik ağa:
Quru və dənizin qaranlıqlarında onunla yolunuzu tapmağınız üçün ulduzları var edən Odur. Bilən bir qövm üçün ayələri detalları ilə açıqladıq.
Ələsgər Musayev:
O – Odur ki, etdi sizin üçün ulduzları onunla qurunun və dəryanın zülmətində hidayət olunasınız. Müfəssəl etdik ayətləri bilən qoum üçün!
A.Mehdiyev və D.Cəfərli:
Həmçinin quru və dənizin qaranlıqlarında doğru yolu tapmağınız üçün ulduzları sizin üçün yaradan Odur. Həqiqətən, Biz (Öz tovhid, qüdrət və hikmət) ayələri(mizi) bilən dəstə üçün ətraflı açıqladıq.
Kövsər Tağıyev:
O, sayələrində qurunun və dənizin qaranlıqlarında yolunuzu tapasınız deyə sizin üçün ulduzları yaradandır. Bilən bir topluluq üçün ayələri ayrı-ayrı açıqladıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Qurunun və dənizin qaranlıqlarında yolu tapa bilməyiniz üçün sizə ulduzları yaradan Odur! Biz ayələri həqiqətən anlayan adamlar üçün müfəssəl aydınlaşdırdıq.
Sabirə Dünyamalıyeva:
Və Allah, qurunun və dənizin qaranlıqlarında, sizə göstərdikləri doğru yolu tapa biləsiniz deyə ulduzları sizin üçün tanıdandır. Şübhəsiz ki, Biz, bilən bir tayfa üçün ayələri müfəssəl olaraq izah etdik.