Əraf Surəsi 97. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Məgər o ölkələrin əhalisi əzabımızın onlara gecə vaxtı, onlar yatarkən gəlməyəcəyindən əminmi oldular?
Bünyadov-Məmmədəliyev:
Məgər o məmləkətlərin əhalisi əzabımızın onlara gecə yatarkən gəlməyəcəyinə əmin idilərmi?
Elmir Quliyev :
Неужели жители селений не опасались того, что Наше наказание постигнет их ночью, когда они спят?
Ələddin Sultanov:
Yoxsa o məmləkətlərin əhalisi, əzabımızın onlara gecə yatarkən gəlməyəcəyindən əmin idilərmi?!
Kerbelayi Malik ağa:
Yoxsa o ölkələrin xalqı şiddətli əzabımızın onlara, onlar gecə vaxtı yatarkən gəlməməsindən əminmi oldular?
Ələsgər Musayev:
Ə, məgər əmindirmi əhalisi kəndin ki, gələr basqımız onlara gecə onlar yuxudadırlar?
A.Mehdiyev və D.Cəfərli:
Belə isə, görəsən şəhər kəndlərin əhalisi Bizim əzabımızın onlara gecə vaxtı yatdıqları zaman gəlməsindən xatircəmdirlər?
Kövsər Tağıyev:
Yoxsa məmləkətlərin xalqları gecə vaxtı yuxudaykən onlara əzabımızın gəlməyəcəyindən əmin oldular?
M.Qənioğlu və T.Bilaloğlu:
Həmin məmləkətlərin sakinləri əmin idilərmi ki, Bizim qəzəbimiz onlara gecə vaxtı, onlar yatmış ikən gəlməyəcək?
Sabirə Dünyamalıyeva:
Görəsən o şəhərlərin əhalisi, gecə yatarkən, əzabımızın onlara gəlməyəcəyindən arxayın idilərmi?