Yunus Surəsi 98. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Əzab gəldiyi an, )Yunusun qövmündən başqa, iman gətirib imanı özünə fayda verən bir məmləkət (əhli) olubmu? (Yunusun)(qövmü) iman gətirəndə onlardan dünya həyatında rüsvayçılıq əzabını sovuşdurduq onlara müəyyən vaxta qədər (fani nemətlərdən) faydalanmaq imkanı verdik.
Bünyadov-Məmmədəliyev:
Əzab gəlməkdə ikən Yunisin ümmətindən başqa iman gətirib imanı özlərinə fayda verə bilən bir məmləkət əhli vardırmı? (Yunisin ümməti) iman gətirən zaman onları dünyadakı rüsvayçılıq əzabından qurtardıq onlara bir müddət (ömürlərinin axırınadək) gün-güzəran verdik.
Elmir Quliyev :
Разве были селения, жители которых уверовали после того, как они узрели наказание, и им помогла вера, кроме народа Йунуса (Ионы)? Когда они уверовали, Мы избавили их от позорных мучений в мирской жизни и дозволили им пользоваться мирскими благами до определенного времени.
Ələddin Sultanov:
Kaş (məhv etdiyimiz) hər hansı bir məmləkət (xalqı, özlərinə əzab gəlməzdən əvvəl) iman gətirəydi imanları özlərinə fayda verəydi. Lakin Yunisin qövmü iman gətirdiyi zaman dünya həyatındakı rüsvayçılıq əzabını onlardan götürdük onları bir müddətə qədər (dünya nemətlərindən) faydalandırdıq. (Yunis peyğəmbərin qövmü onu inkar etdikdən sonra o, buna qəzəblənərək onları tərk etmişdi. Qövmü isə onun xəbər verdiyi əzabın gələcəyini hiss etdiyi zaman etdiklərinə peşman olub əzabın gəlməməsi üçün Allaha yalvarmışdı. Buna görə Allah-Təala əzabı onlardan götürmüşdü.)
Kerbelayi Malik ağa:
Bundan sonra kaş ki bir ölkə amənu olsaydı beləcə onun (ölkə xalqının) imanı ona (ölkə xalqına) fayda versəydi, olmazdımı? Ancaq Yunusun qövmü amənu olunca, onlardan dünya həyatında alçaldıcı əzabı qaldırdıq onları müəyyən bir zamana qədər mətalandırdıq (dolanışıqlarını təmin etdik).
Ələsgər Musayev:
Məgər Yunus qoumundan başqa, hansı ki, inanan imanının ona faydası olan bir kənd oldumu? Amma elə ki, onlar inandılar, Biz şəfa etdik onlardan rüsvayedici əzabı dünya həyatında mətahlandırdıq onları müəyyən müddətə kimi.
A.Mehdiyev və D.Cəfərli:
Bəs üçün Yunusun qövmündən başqa heç bir toplum olmadı ki, (vaxtı keçəndən sonra) iman gətirsin imanı (ona) fayda versin? Elə ki, onlar (Yunusun qövmü) iman gətirdilər, rüsvayedici alçaldıcı əzabı dünya həyatında onlardan götürdük onları müəyyən bir müddətə qədər (həyat nemətindən) bəhrələndirdik.
Kövsər Tağıyev:
Firon əyanlarının özlərinə pislik edəcəyi qorxusu ilə qövmünün yalnız kiçik bir dəstəsi xaric (heç kəs) Musaya iman etmədi. Çünki Firon o yerdə müstəbid biri idi. Həqiqətən, o, həddi aşanlardan idi.
M.Qənioğlu və T.Bilaloğlu:
Yunus camaatından başqa (əzab anında) iman gətirib özünə fayda verən bir məmləkət əhli olubmu? Onlar iman gətirəndə Biz bu dünya həyatında rüsvayçılıq əzabını onların üzərindən götürdük onlara bir müddətə qədər güzəran sürüb faydalanmaq imkanı verdik.
Sabirə Dünyamalıyeva:
olardı, iman gətirib imanından özləri fayda görmüş bir şəhər olsaydı? Ancaq Yunusun qövmü başqadır. Onlar iman etdikləri vaxt, bəsit dünya həyatında o rüsvayçılıq əzabını onların üstündən götürdük onlara müəyyən vaxtadək firavanlıq nəsib etdik.