Əlixan Musayev:
Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik. Heç onlardan kiminsə (mövcudluğunu) hiss edir və yaxud onlardan bir hənirti eşidirsənmi?
Bünyadov-Məmmədəliyev:
Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik. İndi heç onlardan birini görür, yaxud onlardan bir səs-səmir eşidirsənmi? (Bu müşrikləri də onlar kimi məhv edib kökünü kəsəcəyik).
Elmir Quliyev
:
Сколько поколений до них Мы подвергли гибели! Разве ты ощущаешь присутствие кого-нибудь из них или слышишь их шепот?
Ələddin Sultanov:
Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik. Sən onlardan hər hansı birini görürsənmi, yaxud onlara aid cüzi bir səs eşidirsənmi?
Kerbelayi Malik ağa:
Onlardan əvvəl neçə-neçə nəsillər həlak etdik. Onlardan birini görürsənmi və ya onların səs-səmirini eşidirsənmi?
Ələsgər Musayev:
Nə
qədər həlak etdik onlardan qabaqkı qərinələrdən.Hiss edirsənmi
onlardan birini, ya eşidirsənmi onlardan bir səs?
A.Mehdiyev və D.Cəfərli:
Onlardan qabaq nə çox dövrlərin insanlarını həlak etdik. Heç onlardan hansısa birini hiss edir və ya onlardan bir səs eşidirsən?
Kövsər Tağıyev:
Biz onlardan əvvəl neçə-neçə nəsilləri həlak etdik. Heç onlardan birini hiss edir, yaxud onlardan bir səs-səmir eşidirsənmi?
M.Qənioğlu və T.Bilaloğlu:
Biz onlardan əvvəl neçə-neçə nəsil məhv etmişik. Sən heç onların hər hansı birindən (bir qalıq) hiss edirsənmi, yaxud onların azacıq bir hənirtisini eşidirsənmi?
Sabirə Dünyamalıyeva:
Həqiqətən Biz bax bu Quranı, bununla Allahın mühafizəsi altına daxil olan kəsləri müjdələyəsən, inadkarlıq edənlərə də xəbərdarlıq edəsən deyə sənin dilində asanlaşdırdıq.