Əraf Surəsi 98. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ya da o ölkələrin əhalisi əzabımızın onlara səhər-səhər, onlar əylənərkən gəlməyəcəyindən əminmi oldular?
Bünyadov-Məmmədəliyev:
ya o məmləkətlərin əhalisi əzabımızın onlara gündüz oynayıb əylənərkən gəlməyəcəyinə arxayın idilərmi?
Elmir Quliyev :
Неужели жители селений не опасались того, что Наше наказание постигнет их утром, когда они забавляются?
Ələddin Sultanov:
Yaxud o məmləkətlərin əhalisi, əzabımızın onlara gündüz əylənərkən gəlməyəcəyindən əmin idilərmi?!
Kerbelayi Malik ağa:
O ölkələrin xalqı şiddətli əzabımızın onlara, onlar əylənərkən gündüz vaxtı (duha vaxtı) gəlməyəcəyindən əminmi oldular?
Ələsgər Musayev:
Ə, məgər əmindirmi əhalisi kəndin ki, gələr basqımız onlara gecə onlar oyuna məşğuldurlar?
A.Mehdiyev və D.Cəfərli:
görəsən şəhər kəndlərin əhalisi Bizim əzabımızın gündüz çağı (dünya) oyunlar(ın)a (və günah işlərə) başları qarışan halda onlara gəlməsindən xatircəmdirlər?
Kövsər Tağıyev:
Ya da o məmləkətlərin xalqları səhər vaxtı əyləndikləri zaman onlara əzabımızın gəlməyəcəyindən əmin oldular?
M.Qənioğlu və T.Bilaloğlu:
Yaxud həmin məmləkətlərin sakinləri əmin idilərmi ki, səhər çağı onlar əylənərkən qəzəbimiz onları tutmayacaq?
Sabirə Dünyamalıyeva:
Yoxsa o şəhərlərin əhalisi gündüz vaxtı mənasız işlərlə məşğul olarkən, onlara əzabımızın gəlməyəcəyindən arxayın idilərmi?