Əlixan Musayev:
Bədəvilərdən eləsi də var ki, (Allah yolunda) xərclədiyini itki sayır və sizə bir bədbəxtlik üz verməsini gözləyir. Bədbəxtlik onların öz başlarına gələcək. Allah Eşidəndir, Biləndir.
Bünyadov-Məmmədəliyev:
Bədəvilər içərisində elələri vardır ki, (Allah yolunda) xərclədiklərini ziyan sayar və (bundan xilas olmaq üçün) başınıza bəlalar (müsibətlər) gəlməsini gözləyərlər. (Möminlərə arzu etdikləri) bəla (müsibət) öz başlarına gəlsin! Allah (hər şeyi) eşidəndir, biləndir!
Elmir Quliyev
:
Среди бедуинов есть и такие, которые считают свои пожертвования убытком и выжидают, когда вас постигнут превратности судьбы. Их самих постигнут превратности судьбы. Воистину, Аллах — Слышащий, Знающий.
Ələddin Sultanov:
Bədəvilərdən eləsi var ki, (Allah yolunda) xərclədiyini ziyan sayar və sizin başınıza bəlalar gəlməsini gözləyər. O pis bəla öz başlarına gəlsin! Allah hər şeyi eşidəndir, biləndir.
Kerbelayi Malik ağa:
Bədəvi ərəblərdən infaq etdiyi şeyi ziyan və zərər qəbul edən kəslər vardır. Dövrün dəyişməsini sizin başınıza fəlakətlərin gəlməsini gözləyərlər. Fəlakət onların üzərinə olsun! Allah ən yaxşı eşidəndir, ən yaxşı biləndir.
Ələsgər Musayev:
Çölçülərdən vardır ki, cihada sərf
etdiyi malı özlərinə zərər və cərimə hesab edirlər və sizin üçün
pis hadisələrə müntəzirdirlər və o halda ki, pis hadisələr onların
özləri üçündür və Allah Səmidir, Alimdir!
A.Mehdiyev və D.Cəfərli:
Bədəvi ərəblərdən (xeyir yolda) xərclədiyini ziyan və zərər hesab edənlər və sizin barənizdə (İslam dövlətinin süqutu kimi) pis hadisələr gözləyənlər vardır. Pis hadisələr onların özləri üçün olsun! Allah eşidən və biləndir.
Kövsər Tağıyev:
Bədəvilərdən elələri var ki, (Allah yolunda) xərcləyəcəkləri şeyi bir zərər sayar və (bundan qurtulmaq üçün) başınıza bəlalar gəlməsini gözləyərlər. Bəlalar öz başlarına olsun! Allah haqqı ilə eşidəndir, haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Bədəvilərdən eləsi var ki, xərc etdiyini artıq şey hesab edir və sizə nə vaxt müsibət üz verəcəyini gözləyir. Pis müsibət onların öz başlarına gələr. Axı Allah hər şeyi eşidəndir, biləndir!
Sabirə Dünyamalıyeva:
Bədəvi ərəblərdən bəziləri də var ki, cəmiyyətin faydası üçün xərclədiyini zorla ödənmiş borc sayır və sizə bəlalar üz verməsini gözləyər. -O çirkin bəla öz üzərlərinə olsun!- Və Allah, ən yaxşı eşidəndir, ən yaxşı biləndir.