Əlixan Musayev:
Beləcə, olub-keçmiş əhvalatlardan sənə danışırıq. Artıq sənə Öz tərəfimizdən Zikr vermişik.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Keçmişin xəbərlərinin (olub keçənlərin) bir qismini sənə belə nəql edirik. Sənə Öz dərgahımızdan (insanların düşünüb daşınması, ibrət alması üçün) Quran da vermişik!
Elmir Quliyev
:
Вот так Мы рассказываем тебе вести о том, что было в прошлом. Мы уже даровали тебе Напоминание.
Ələddin Sultanov:
Beləcə, keçmişdəkilərin xəbərlərindən bir qismini sənə nəql edirik. Sənə Öz tərəfimizdən bir Zikr (Quran) vermişik.
Kerbelayi Malik ağa:
Beləcə keçmiş olan xəbərləri sənə danışırıq. Sənə dərgahımızdan Zikri (Quranı) verdik.
Ələsgər Musayev:
Beləcə hekayət edirik sənin üzərinə keçmiş xəbərlərdən
və Biz əta etdik sənə Öz yanımızdan olan yad etməni.
A.Mehdiyev və D.Cəfərli:
(Ey Peyğəmbər!) Biz keçənlərin xəbərlərini sənə bu cür nəql edirik. Həqiqətən sənə Öz tərəfimizdən bir zikr (adının yaxşılıqla zikr edilməsi və səma kitabı) əta etmişik.
Kövsər Tağıyev:
(Ey Muhamməd!) Keçmişin xəbərlərinin bir qismini sənə belə danışırıq. Şübhə yoxdur ki, sənə öz qatımızdan bir zikr (Qur`an) verdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Olub keçmiş əhvalatlardan sənə belə danışırıq. Biz sənə Özümüzdən bir Zikr [Quran] da vermişik.
Sabirə Dünyamalıyeva:
Biz, sənə keçmişdə olan şeylərin vacib əhvalatlardan beləcə nəql edirik. Şübhə yox ki, sənə Öz dərgahımızdan bir Öyüd/zikr [Quran] verdik.