Əlixan Musayev:
Göydən su endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, ondan yaşıl otlar bitirir, onlardan da üst-üstə düzülmüş dənələr çıxarırıq. Xurma ağacının tumurcuqlarından, sallanmış salxımlar yetişir. (Biz həmçinin) üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar (ağacları da yetişdiririk). Bar verdiyi və yetişdiyi zaman onların meyvəsinə baxın. Şübhəsiz ki, bunlarda iman gətirən adamlar üçün dəlillər vardır.
Bünyadov-Məmmədəliyev:
Göydən su (yağış) endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, yaşıl fidanlar göyərtdik, onlardan bir-birinə sarmaşmış (sünbül olmuş) dənələr çıxartdıq. Biz xurma ağacından, onun tumurcuğundan bir-birinə sarmaşmış salxımlar yetişdirdik. (Biz, həmçinin) üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar yetişdirdik. (Onlardan hər birinin) bar verdiyi vaxt meyvəsinə və onun yetişməsinə baxın. Şübhəsiz ki, bunda (Allahın Öz qüdrəti ilə yaratdığı bu şeylərdə) iman gətirən bir camaat üçün (Rəbbinizin varlığını sübut edən) dəlillər vardır.
Elmir Quliyev
:
Он — Тот, Кто ниспослал с неба воду. Посредством нее Мы взрастили растения всех видов. Мы выводим из них зеленые травы, а из них — расположенные одно на другом зерна. На финиковых пальмах из завязей вырастают свисающие низко гроздья. Мы взращиваем виноградники, оливки и гранаты, которые имеют сходства и различия. Взгляните на их плоды, когда они появляются и когда созревают. Воистину, в этом — знамения для людей верующих.
Ələddin Sultanov:
Göydən su endirən də Odur. Hər növ bitkini onunla yetişdirdik və ondan da bir-birinə sarmaşmış (sünbül olmuş) dənələr çıxartdığımız yaşıl fidanlar, xurmanın tumurcuğundan sallanmış salxımlar, üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar bağları meydana gətirdik. Bar verərkən və yetişdiyi zaman onun meyvəsinə baxın! Şübhəsiz ki, (bütün) bunlarda, iman gətirən bir qövm üçün (Allahın varlığını və birliyini göstərən) dəlillər vardır.
Kerbelayi Malik ağa:
Səmadan suyu endirən Odur. Beləcə hər bir bitkini onunla (su ilə) çıxartdıq və ondan yaşıllıqlar bitirdik. Ondan da üst-üstə düzülmüş dənələr və xurma ağacının tumurcuqlarından sallanan xurma salxımları və bir-birinə bənzəyən və bənzəməyən üzüm bağları, zeytun və nardan ibarət olan bağçalar çıxardarıq. Onun məhsuluna meyvə verdiyi və yetişdiyi zaman bax. Mömin olan qövm üçün bunlarda əlbəttə ayələr (dəlillər) vardır.
Ələsgər Musayev:
O – Odur ki, nazil etdi səmadan su və xaric etdik onunla hər növ bitki. Xaric etdik ondan yaşıl göyərtilər və xaric etdik onlardan biri-birinin üstünə cərgə ilə yığılmış toxumlar. Xaric etdik xurma ağacının güllərindən biri-birinə sıxılmış xurma salxımları və üzüm bağları və biri-birinə bənzəyən və bənzəməyən zeytun və nar. Nəzər salın məhsuluna, onda ki, məhsul verir və yetişir! Həqiqətən, bunda ayətlər var, inanan qoum üçün!
A.Mehdiyev və D.Cəfərli:
Və göydən (yağış, qar və dolu şəklində) su nazil edən Odur. Beləliklə onun vasitəsilə (torpağın altından) bütün bitki növlərini (bütün toxumların bitkisini) çıxartdıq. Sonra ondan tumurcuq və yamyaşıl bir gövdə yetişdirdik ki, ondan (da dənli bitkilərin) üst-üstə yığılmış dənləri(ni) çıxardırıq. Xurma ağacının tumurcuğunun bir-birinə yaxın salxımları vardır. Həmçinin üzüm ağaclarından bağlar, (eləcə də) bir-birinə oxşayan və oxşamayan zeytun və nar (ağacları yetişdiririk). Bar verərkən onun meyvəsinə və necə yetişməsinə baxın. Şübhəsiz onlarda iman gətirən dəstə üçün (Allahın tovhid, qüdrət və hikmətini göstərən) nişanələr vardır.
Kövsər Tağıyev:
O, göydən su endirəndir. Biz onunla hər növ bitki çıxarıb onlardan yaşıllıq ərsəyə gətirir və o yaşıl bitkilərdən üst-üstə dənələr, – xurma ağacının tumurcuğundan da aşağı sallanmış salxımlar – üzüm bağları, zeytun və nar çıxardırıq; (Hər biri) bir-birinə bənzər və (hər biri) bir-birindən fərqli. Bunların meyvəsinə, bir bar verdiyi zaman, bir də yetişdiyi zaman baxın. Şübhəsiz, bunda inanan bir topluluq üçün (Allahın varlığını göstərən) ibrətlər var.
M.Qənioğlu və T.Bilaloğlu:
Səmadan su endirən də Odur! Belə ki, onunla [su ilə] Biz hər bir şeyin bitkisini bitirdik, ondan yaşıllıq yaratdıq, ondan da bir-birinin üzərinə yığılmış dənələr çıxarırıq. Xurma ağacından, onun yenicə gülünü tökmüş meyvəsindən sallanmış salxımlar olur. Biri-birinə bənzəyən və bənzəməyən üzüm, zeytun və nar bağları da (yaratdıq). Bunların meyvə verməsinə və yetişməsinə bir nəzər salın! Həqiqətən, bunda iman gətirən insanlar üçün ayələr vardır.
Sabirə Dünyamalıyeva:
Və Allah göydən suyu endirəndir. Beləcə Biz onunla hər şeyin bitkilərini bitirdik. Ondan da bir-birinə bənzəyən və bir-birinə bənzəməyən, bir-birinin üstünə minmiş dənələr; xurmanın tumurcuğundan sallanan salxımlar, üzümdən bağları, zeytun və narı çıxardığımız filizi bitirdik. Bunlar bar verdikləri zaman meyvələrinə və yetişməsinə baxın! Bax bunda, həqiqətən inanan bir tayfa üçün işarətlər/nişanələr vardır.