Əlixan Musayev:
Bədəvilərdən eləsi də vardır ki, Allaha və Axirət gününə inanır, xərclədiyini Allah dərgahında yaxınlıq və Peyğəmbərin dualarına nail olmaq üçün vasitə sayır. Həqiqətən də, bu, onlar üçün yaxınlaşmağa bir vasitədir. Allah onları Öz mərhəmətinə qovuşduracaqdır. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
Bədəvilər içərisində elələri də vardır ki, Allaha, axirət gününə inanır, xərclədiklərini Allaha yaxınlıq və Peyğəmbərin dualarına nail olmaq üçün vəsilə sayırlar. Bilin ki, bu onlar üçün (Allaha) yaxınlaşmağa bir səbəbdir. Allah onları Öz mərhəmətinə nail edəcəkdir. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!
Elmir Quliyev
:
Среди бедуинов есть и такие, которые веруют в Аллаха и Последний день и считают, что их пожертвования приблизят их к Аллаху и помогут заслужить молитвы Посланника. Воистину, они (пожертвования) действительно являются средством приближения. Аллах введет их в Свою милость, ведь Аллах — Прощающий, Милосердный.
Ələddin Sultanov:
Bədəvilərdən eləsi də var ki, Allaha və axirət gününə inanır, infaq etdiyini Allaha yaxın olmağa və Peyğəmbərin duasını almağa vasitə sayır. Bilin ki, bu, onlar üçün Allaha yaxınlıq vasitəsidir. Allah onları rəhmətinə (cənnətinə) daxil edəcəkdir. Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir.
Kerbelayi Malik ağa:
Bədəvi Ərəblərdən Allaha və axirət gününə inananlar vardır. İnfaq etdikləri şeyləri Allahın qatında və Rəsulun dualarında bir (yaxınlıq) vəsilə qəbul edərlər. Şübhəsiz ki, o, onlar üçün bir yaxınlıq vəsiləsidir, (elə) deyilmi? Allah onları rəhmətinin içinə daxil edəcək. Şübhəsiz ki, Allah Ğafurdur (məğfirət edəndir) və Rəhim (rəhmət nurunu göndərəndir).
Ələsgər Musayev:
Çölçülərdən
vardır, kim inanır Allah ilə və günü ilə axırın və götürür nə ki,
infaq edir, yaxınlıq Allah yanında və salavatı rəsulun. Ə,
məgər yoxmu? Həqiqətən, o, yaxınlıqdır onlar üçün. Allah
onları öz rəhmətinə daxil edər. Həqiqətən, Allah Ğəfurdur,
Rəhimdir!
A.Mehdiyev və D.Cəfərli:
Həmçinin bədəvi ərəblərdən Allaha və axirət gününə imanı olanlar və xərclədiklərini Allaha yaxınlaşmaq amili və Onun Peyğəmbərinin duaları(nın onlara şamil edilməsi vasitəsi) hesab edənlər vardır. [Yaxud: Onlar xərclədiklərini və Peyğəmbərin (onların haqqında etdiyi) dualarını Allaha yaxınlaşmaq amili hesab edirlər.] Bilin ki, o (xərclədikləri şeylər və Peyğəmbərin duaları) onların (Allaha) yaxınlaşma amilidir. Allah tezliklə onları Öz mərhəmətinə (mərhəmətinin pənahına) daxil edəcəkdir. Həqiqətən Allah çox bağışlayan və mehribandır.
Kövsər Tağıyev:
Bədəvilərdən elələri də var ki, Allaha və axirət gününə inanır. Xərcləyəcəklərini Allaha yaxınlıq və Peyğəmbərin dualarını almağa vəsilə sayarlar. Bilin ki, bu (Allah qatında) onlar üçün yaxınlıqdır. Allah onları rəhmətinə daxil edəcəkdir. Şübhəsiz, Allah çox bağışlayandır, çox mərhəmət edəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Bədəvilərdən eləsi də var ki, Allaha və axirət gününə inanır və verdiyi malı Allaha yaxın olmaq üçün və peyğəmbərin xeyir-duasını qazanmaq üçün vasitə hesab edir. Bəli, bu, onların özü üçün (Allaha) yaxınlıqdır. Allah onları öz mərhəməti içərisinə salacaqdır. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir!
Sabirə Dünyamalıyeva:
Yenə bədəvi ərəblərdən elələri də var ki, onlar Allaha və axirət gününə inanır və xərclədiyini Allah dərgahında yaxınlıq və Elçinin dəstəyi hesab edir. Gözünüzü açın! Şübhəsiz ki, bu, onlar üçün bir yaxınlıqdır. Allah onları tezliklə [Öz] mərhəmətinə daxil edəcəkdir. Şübhəsiz ki, Allah, bəndələrinin günahlarını çox örtən, onları cəzalandırmayan və çox bağışlayandır, dərin mərhəmət sahibidir.