Kəhf Surəsi 10. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bir zaman gənclər mağaraya sığınıb: “Ey Rəbbimiz! Bizə Öz tərəfindən mərhəmət bəxş et işimizdə bizə düz yol göstər!”– demişdilər.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Xatırla ki, o zaman gənclər mağaraya sığınıb: “Ey Rəbbimiz! Bizə Öz dərgahından mərhəmət bəxş et işimizə fərəc ver! (Bizi kafirlərin bəlasından, düşmənlərin təhlükəsindən qoru, bizə ruzi verib doğru yola yönəlt!)” demişdilər.
Elmir Quliyev :
Вот юноши укрылись в пещере и сказали: "Господь наш! Даруй нам от Себя милость и устрой наше дело наилучшим образом".
Ələddin Sultanov:
Bir vaxt gənclər mağaraya sığınaraq: “Ey Rəbbimiz! Bizə Öz dərgahından mərhəmət bəxş et bizə bu vəziyyətdən çıxış yolu göstər!” - demişdilər.
Kerbelayi Malik ağa:
Gənclər mağaraya sığındıqları zaman belə dedilər: ‘Rəbbimiz, bizə Sənin dərgahından bir rəhmət ver bizə əmrindən mürşid (irşad edən) təyin et.’
Ələsgər Musayev:
Onda cavanlar mağarada gizlənərək dedilər: «Rəbbimiz! Əta et bizə Öz yanından rəhmət işimizdə bizə ərşad hidayət vəsiləsi hazır et »
A.Mehdiyev və D.Cəfərli:
(Yada sal) o zaman(ı) ki, həmin cavanlar o böyük mağaraya sığınaraq dedilər: «Ey Rəbbimiz, Öz tərəfindən bizə bir rəhmət bəxş et işimizdə bizim üçün bir hidayət nicat hazırlığı gör».
Kövsər Tağıyev:
Bir vaxt o gənclər mağaraya sığınıb: “Ey Rəbbimiz! Bizə öz qatından bir rəhmət ver bu vəziyyətdən qurtulub doğru yola yönəlmək üçün işimizi asanlaşdır”, demişdilər.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman cavanlar mağarada gizlənərkən dedilər "Rəbbimiz, bizə rəhm et işimizdə bizə düz yol göstər!"
Sabirə Dünyamalıyeva:
O igidlər, Böyük mağaraya sığındıqda: "Ey Rəbbimiz! Bizə Öz tərəfindən bir mərhəmət bəxş et bizim üçün bu işimizdən ağlımızın artmasını nəsib et" dedilər.