Fəth Surəsi 10. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sənə beyət edənlər Allaha beyət etmiş olurlar. Allahın Əli onların əllərinin üstündədir. Kim əhdini pozsa, ancaq öz əleyhinə pozmuş olar. Kim Allahla bağladığı əhdinə sadiq qalsa, (Allah) ona böyük mükafat verər.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər! Hüdeybiyyə səfəri zamanı bir ağacın altında beyəti-rizvanla) sənə beyət edənlər, şübhəsiz ki, Allaha beyət etmiş olurlar. Allahın (qüdrət) əli onların əllərinin üstündədir. Kim (beyəti) pozsa, ancaq öz əleyhinə pozmuş olar (bunun zərəri yalnız onun özünə dəyər). Kim Allahla etdiyi əhdi yerinə yetirsə, (Allah) ona böyük mükafat verər!
Elmir Quliyev :
Воистину, те, которые присягают тебе, присягают Аллаху. Рука Аллаха над их руками. Кто нарушил присягу, тот поступил во вред себе. А кто был верен тому, о чем он заключил завет с Аллахом, тому Он дарует великую награду.
Ələddin Sultanov:
Sənə beyət edənlər, şübhəsiz ki, Allaha beyət etmiş sayılırlar. Allahın əli onların əllərinin üstündədir. Kim əhdini pozarsa, yalnız öz əleyhinə pozmuş olar. Kim Allahla etdiyi əhdə sadiq qalarsa, Allah ona böyük bir mükafat verəcəkdir. (Bu ayə Məkkə yaxınlığında qüreyşlilərlə müsəlmanlar arasında bağlanmış Hüdeybiyyə sülh müqaviləsinə bu əsnada edilən beyətə işarə edir. Beyət əsnasında əllər üst-üstə qoyulduğu üçün Allah-Təala: “Allahın əli onların əllərinin üstündədir”, - buyuraraq müsəlmanların əslində Allaha beyət etdiklərini vurğulamışdır. )
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, onlar sənə tabe olduqları zaman Allaha tabe olurlar. Onların əllərinin üzərində Allahın əli vardır (Allah sənin bütün bədənində təcəlli etdiyi üçün əllərində təcəlli etmişdir). Bundan sonra kim (əhdini) pozsa, o təqdirdə yalnız öz nəfsi əleyhinə pozar. Kim Allaha olan əhdlərinə vəfa etsə, o zaman ona ən böyük mükafat veriləcək (cənnət səadətinə dünya səadətinə çatdırılacaq).
Ələsgər Musayev:
Həqiqətən, o kəslər ki, beyət edirlər sənə, həqiqətdə, onlar beyət edirlər Allaha. Allahın Əli onların əlləri üstündədir. Kim küsərək bunu pis etsə, həqiqətdə ki, o küsərək öz nəfsinin əleyhinə pis etmişdir. Kim vəfa edə ilə ki, əhd bağlayıb üzərində onun Allaha, O əta edəcək ona əzəmətli əcr.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən (Hüdeybiyyədə) sənə beyət edənlər əslində Allaha beyət edirlər. (Sənin) onların əlinin üstündə olan (əlin) Allahın əlidir. Buna görə kim əhdi pozsa, yalnız öz ziyanına pozur kim barəsində Allahla əhd bağladığı şeyə vəfa etsə (Allah) tezliklə ona böyük bir mükafat verəcəkdir.
Kövsər Tağıyev:
Sənə beyət edənlər sadəcə Allaha beyət etmiş olarlar. Allahın əli onların əllərinin üzərindədir. Verdiyi sözdən dönən öz əleyhinə dönmüş olar. Allaha verdiyi sözü tutana Allah böyük bir mükafat verəcək.
M.Qənioğlu və T.Bilaloğlu:
Sənə beyət edənlər [and içib itaət edənlər] həqiqətən Allaha beyət etmiş olurlar. Allahın əli onların əlləri üstündədir. Kim (beyəti) pozmuş olarsa, öz zərərinə pozmuş olar. Allahla bağladığı əhdinə sadiq qalana Allah böyük bir mükafat verər!
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, sənə sədaqət andı içən kəslər, əslində Allaha sədaqət andı içməkdədirlər. Allahın qüdrəti; nemətləri, yardımları onların qüdrətindən; yardımlarından, xidmətlərindən üstündür. Ona görə kim əhdindən dönsə, yalnız özünün əleyhinə dönmüş olar. Kim Allaha verdiyi əhdə vəfa göstərsə, Allah ona dərhal böyük bir mükafat verəcək.