Mücadilə Surəsi 10. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Gizli söhbətlər iman gətirənləri kədərləndirməyə çalışan şeytandandır. Amma Allahın izni olmadıqca o, onlara heç bir zərər yetirə bilməz. Qoy möminlər Allaha təvəkkül etsinlər.
Bünyadov-Məmmədəliyev:
Şübhəsiz ki, (bir yerə yığışıb günaha, düşmənçiliyə bais olan) məxfi danışma (pıçıldaşma) iman gətirənləri məyus edib kədərləndirmək üçün olan Şeytan əməlindəndir. Halbuki Allahın izni olmadıqca (Şeytan) onlara heç bir zərər yetirə bilməz. Möminlər yalnız Allaha təvəkkül etsinlər!
Elmir Quliyev :
Тайная беседа от дьявола, стремящегося опечалить тех, которые уверовали. Но это нисколько не повредит им, если на то не будет соизволения Аллаха. Пусть же верующие уповают только на Аллаха.
Ələddin Sultanov:
Şübhəsiz ki, gizli danışıqlar şeytanın iman gətirənləri kədərləndirmək üçün etdiyi işlərdəndir. Ancaq o, Allahın izni olmadıqca onlara heç bir zərər verə bilməz. Möminlər yalnız Allaha təvəkkül etsinlər!
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, nəcva (vəsvəsə) şeytandandır, amənu olanları kədərləndirmək üçündür. Allahın izni olmadıqca onlara bir zərər verəcək deyil. Elə isə möminlər Allaha təvəkkül etsinlər.
Ələsgər Musayev:
Həqiqətən, məxfi danışmaq şeytandandır, hüznlü etməsi üçün inananları. Bir surətdə ki, onlara zərər yetirə bilməz bir şeylə, ancaq Allahın izni ilə. Inananlar gərək Allaha təvəkkül etsinlər!
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz ki, iman gətirənləri qəmgin nigaran etmək üçün (kafirlərin münafiqlərin etdikləri) pıçıltı Şeytandandır. Halbuki, (Şeytan o pıçıltılar) Allahın izni olmadan onlara heç bir zərər yetirə bilməz möminlər yalnız Allaha təvəkkül etməlidirlər.
Kövsər Tağıyev:
O mənfur pıçıldaşmalar iman edənləri üzmək üçün ancaq şeytandan qaynaqlanır. Halbuki şeytan Allah izni olmadıqca möminlərə heç bir zərər verə bilən deyil. Elə isə möminlər sadəcə Allaha təvəkkül etsinlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Xəlvət söhbət iman gətirənləri kədərləndirmək üçün şeytanın (qurmasıdır). Lakin Allahın izni olmasa, o, onlara heç bir ziyan vura bilməz. Qoy möminlər Allaha təvəkkül etsinlər!
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, bu fısıldaşmalar, iman gətirən kəsləri məyus etmək üçün şeytandandır [şeytan əməlidir]. Halbuki Allahın izni/məlumatı olmadan, şeytan, möminlərə heç bir ziyan yetirə bilməz. Elə isə, möminlər işin nəticəsini yalnız Allaha tapşırsınlar.