Əlixan Musayev:
Ey iman gətirənlər! Mömin qadınlar hicrət edib sizin yanınıza gəldikləri zaman onları imtahana çəkin. Allah onların imanını daha yaxşı bilir. Əgər bunların mömin olduqlarını bilsəniz, onları kafirlərə qaytarmayın. Nə bunlar onlara halaldır, nə də onlar bunlara halaldırlar. (Kafirlərin bu qadınlara) sərf etdikləri mehri özlərinə qaytarın. (Həmin) qadınların mehrlərini özlərinə verdiyiniz halda onlarla evlənməyinizdə sizə heç bir günah yoxdur. Kafir qadınlarınızı kəbin altında saxlamayın, sərf etdiyiniz mehri tələb edin. Qoy onlar da (mömin qadınlara) sərf etdikləri mehri (sizdən) tələb etsinlər. Allahın hökmü budur. O sizin aranızda hökm verir. Allah Biləndir, Müdrikdir.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Mömin qadınlar sizin yanınıza mühacir kimi gəldikləri zaman onları imtahana çəkin. Allah onların imanını çox gözəl bilir (onları yoxlayıb bilmək sizə lazımdır). Əgər bunların (bu qadınların həqiqi) mömin olduqlarını bilsəniz, artıq onları kafirlərin yanına qaytarmayın. Nə bunlar (bu qadınlar) onlara (kafirlərə), nə də onlar bunlara halaldır. Onların (kafirlərin həmin qadınlara) xərclədiklərini (mehri) özlərinə qaytarıb verin. Bunların (bu qadınların) mehrlərini özlərinə verdiyiniz təqdirdə onlarla evlənməyinizdən sizə heç bir günah gəlməz. Kafir qadınları öz kəbininiz altında saxlamayın. (Həmin qadınlara) verdiyiniz mehri (onların ərə getdiyi kafirlərdən) istəyin. (Kafirlər də islamı qəbul edib möminlərlə evlənən qadınlara) sərf etdikləri mehri (sizdən) istəsinlər. Allahın hökmü budur. O sizin aranızda (belə) hökm edər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
Elmir Quliyev
:
О те, которые уверовали! Когда к вам прибывают переселившиеся верующие женщины, то подвергайте их испытанию. Аллаху лучше знать об их вере. Если вы узнаете, что они являются верующими, то не возвращайте их неверующим, ибо им не дозволено жениться на них, а им не дозволено выходить замуж за них. Возвращайте им (неверующим) то, что они потратили на брачный дар. На вас не будет греха, если вы женитесь на них после уплаты их вознаграждения (брачного дара). Не держитесь за узы с неверующими женами и требуйте назад то, что вы потратили на брачный дар. И пусть они (неверующие) требуют то, что они потратили на брачный дар. Таково решение Аллаха. Он решает между вами. Аллах — Знающий, Мудрый.
Ələddin Sultanov:
Ey iman gətirənlər! Mömin qadınlar hicrət edərək sizin tərəfinizə keçdiklərində dərhal onları sınağa çəkin! Allah onların imanlarını daha yaxşı bilir. Əgər onların həqiqətən, mömin olduqlarını yəqinliklə bilsəniz, onları kafirlərə geri verməyin! Nə bunlar onlara (kafirlərə) halaldır, nə də onlar (kafirlər) bunlara halaldır. Onların (kafirlərin) xərclədiklərini (verdikləri mehrləri) özlərinə qaytarın! Mehrlərini verdiyiniz zaman onlarla evlənməyinizdə sizə heç bir günah yoxdur. Kafir qadınları nikahınız altında saxlamayın! (Onlar üçün) xərclədiyinizi (verdiyiniz mehrləri) geri istəyin! Onlar (kafirlər) da xərclədiklərini (verdikləri mehrləri) geri istəsinlər. Bu, Allahın sizin üçün qoyduğu hökmdür. O, aranızda hökm verər. Allah hər şeyi biləndir, hikmət sahibidir. (Hüdeybiyyə müqaviləsini nizamlayan bu ayəyə görə, müsəlmanlara sığınan müsəlman bir qadın kafirlərə geri verilməyəcəkdi. Çünki müqavilədə müsəlmanlara sığınan müsəlman kişilərin kafirlərə geri qaytarılması şərti vardı. Bu ayə müsəlmanlara sığınan qadınların artıq kafirlərin nikahı altında olmadıqlarını bildirərək onların qaytarılmasının müqaviləyə daxil olmadığını bildirir.)
Kerbelayi Malik ağa:
Ey amənu olanlar! Hicrət etmiş olan mömin qadınlar sizin yanınıza gəldikləri zaman onları imtahan edin. Allah onların imanını çox yaxşı bilir. Artıq onların mömin xanımlar olduğunu bilsəniz (mömin olduqlarından əmin olsanız), bundan sonra onları kafirlərə geri qaytarmayın. Onlar (mömin xanımlar) digərlərinə (kafir kişilərə) halal deyil. Digərləri də (kafir kişilər də) onlar üçün (mömin xanımlar üçün) halal deyil. Onlara vermiş olduqları mehirlərini (mömin olaraq sizə gələn qadınlara daha əvvəl vermiş olduqları mehirlərini) geri verin. Onlara mehirlərini verdiyiniz zaman onlarla evlənməyinizdə bir günah yoxdur. Kafir qadınları kəbin altında saxlamayın. Siz nə infaq etdinizsə (mehir olaraq nə verdinizsə), geri istəyin. Onlar da infaq etdiklərini istəsinlər. Bu Allahın hökmüdür. Aranızda hökm verir. Allah Alimdir, Hakimdir (hökm sahibidir).
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Onda ki, sizin
yanınıza hicrət edən inanan qadınlardan gəldilər, onları imtahan
edin. Allah onların imanını bilir. Əgər bilsəniz onlar
inanandırlar və onda onları kafirlərə tərəf qaytarmayın. Halal
deyil o qadınlar onlar üçün və onlar da o qadınlar üçün. Əta
edin onlara nə ki, infaq ediblər. Yoxdur günah sizin üzərinizdə
ki, onlarla nigah edəsiniz, onda ki, əta edərək onlara ücrətlərini.
Saxlamayın kafir qadınları və istəyin nə ki, onlar üçün infaq
etmisiniz. Istəsinlər onlar da nə ki, infaq ediblər. Belədir sizin
üçün hökmü Allahın. O sizin aranızda hökm edir. Allah
Alimdir, Həkimdir!
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, möminə qadınlar (öz kafir ərlərindən ayrılaraq) sizin yanınıza mühacir kimi gəldikdə, onları (iman baxımından) imtahana çəkin. Allah Özü onların imanlarını daha yaxşı bilir. Beləliklə, əgər onların mömin olduqlarını bilsəniz, onları kafirlərə (kafir ərlərinə) tərəf qaytarmayın. Nə bunlar onlara halaldırlar və nə onlar bunlara halaldırlar. Və (ərlərinin mehriyyədən) onlara xərclədiklərini özlərinə qaytarın. Ücrətlərini (mehriyyələrini) ödədiyiniz təqdirdə onlarla evlənməyinizdən sizə heç bir günah gəlməz. (Kafirlərə qoşulan) kafir qadınlar(ınız)la olan əqdlərə və əhd-peymanlara əsaslanmayın (onlar batil olmuşdur) və (mehriyyədən) xərclədiklərinizi onlardan tələb edin və onlar da xərclədiklərini sizdən tələb etsinlər. Bu, sizin aranızda hökm edən Allahın hökmüdür. Allah biləndir və hikmətlidir.
Kövsər Tağıyev:
Ey iman edənlər! Mömin qadınlar mühacir olaraq sizin yanınıza gəldikləri zaman onları imtahan edin. Allah onların imanlarını daha yaxşı bilir. Əgər siz onların inanmış qadınlar olduqlarını anlasanız, onları kafirlərə geri göndərməyin. Çünki müsəlman xanımlar kafirlərə halal deyildirlər. Kafirlər də müsəlmanlar xanımlara halal olmazlar. Mehr olaraq xərclədiklərini onlara (ərlərinə geri) verin. Mehrlərini verdiyiniz təqdirdə bu qadınlarla evlənməyinizdə sizə bir günah yoxdur. Müşrik zövcələrinizi nikahlarınızda saxlamayın. (Çünki bu nikahlar ləğv olunmuşdur.) Onlara xərclədiyiniz mehri (evləndikləri kafir ərlərindən) istəyin. Kafirlər də (İslamı qəbul edən və sizinlə evlənən keçmiş zövcələrinə) xərclədikləri mehri (sizdən) istəsinlər. Bu, Allahın hökmüdür. O, aranızda hökm verir. Allah haqqı ilə biləndir, hökm və hikmət sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər, mömin olduqlannı deyən qadınlar hicrət edib yanınıza gəldikdə onları imtahana çəkin. Onların imanını Allah yaxşı bilir. Əgər onların mömin olduğunu bilsəniz, onları kafirlərə qaytarmayın. Çünki nə bunlar onlara halaldır, nə də onlar bunlara. Onların [kafir ərlərinin] çəkmiş olduqları xərci [mehri] onlara ödəyin. Onların haqqını [mehrini] verərək onlara evlənsəniz, sizə heç bir günah olmaz. Kafir qadınları nikah altında saxlamayın. Çəkdiyiniz xərci [mehri] tələb edin, qoy onlar [kafir ərlər] də çəkdikləri xərci istəsinlər. Allahın hökmü belədir! Sizin aranızda Allah hökm verər, axı Allah hər şeyi billəndir, hökm və hikmət sahibidir.
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Mömin qadınlar mühacir kimi sizin yanınıza gəldiyi zaman, dərhal onları sorğu-suala çəkin. -Allah onların imanlarını daha yaxşı bilir.- Əgər siz də onların inanmış qadınlar olduğunu bilsəniz, artıq onları kafirlərin [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərin] yanına geri qaytarmayın. Hicrət edən mömin qadınlar, onlara halal deyil. Onlar da bunlara halal olmaz. İnanmayan əvvəlki ərlərinə xərclədiklərini [qaytarıb] verin. Mehrlərini[#362] versəniz, onlarla evlənməyinizdə sizə heç bir günah yoxdur. Kafir [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən] qadınları kəbininiz altında saxlamayın, xərclədiyinizi/verdiyiniz mehri geri istəyin. Onlar da xərclədiklərini/verdiklərini geri istəsinlər. Bax bu, Allahın hökmüdür. Aranızda O hökm edər, Allah, çox biləndir, çox yaxşı qanun qoyandır.