Yusif Surəsi 100. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O, ata-anasını taxtın üstündə əyləşdirdi. Onlar (hamısı) onun qarşısında səcdə etdilər. O dedi: “Atacan! Bu, çoxdankı yuxumun yozumudur. Rəbbim onu gerçəkləşdirdi. O mənə lütf etdi. O məni zindandan çıxartdı şeytan mənimlə qardaşlarımın arasına ədavət saldıqdan sonra sizi səhradan (yanıma) gətirdi. Şübhəsiz ki, Rəbbim istədiyinə qarşı lütfkardır. Həqiqətən, O, Biləndir, Müdrikdir.
Bünyadov-Məmmədəliyev:
(Yusif) ata-anasını taxt (öz taxtının) üstünə qaldırdı. Onlar (ata-ana on bir qardaş) hamısı (hörmət əlaməti olaraq) onun qarşısında səcdəyə qapandılar. (Allah onları bir-birinə qovuşdurduğu üçün şükür səcdəsi etdilər). (Yusif) dedi: “Atacan! Bu əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim onu (yuxunu) həqiqətə çevirdi. O mənə yaxşılıq etdi, çünki məni zindandan qurtardı, Şeytan mənimlə qardaşlarımın arasını vurduqdan sonra sizi çöldən (yanıma) gətirdi (bizi bir-birimizə qovuşdurdu). Həqiqətən, Rəbbim istədiyinə qarşı lütfkardır (istədiyi şəxs ya barəsində incə tədbir sahibidir). O, doğrudan da, (hər şeyi) biləndir, hikmət sahibidir!”
Elmir Quliyev :
Он поднял своих родителей на трон, и они вместе с братьями пали ниц перед ним. Он сказал: "Отец мой! Это толкование моего давнего сна. Господь мой сделал его явью. Он облагодетельствовал меня, освободив из темницы, и привел вас из пустыни после того, как дьявол посеял вражду между мною и моими братьями. Воистину, мой Господь добр, к кому пожелает. Воистину, Он Знающий, Мудрый.
Ələddin Sultanov:
(Yusif) ata-anasını taxtın üzərinə oturtdu. Onlar (ata-anası qardaşları) onun üçün səcdə etdilər. (Yusif) dedi: “Atacan! Bu, daha əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim onu gerçəkləşdirdi. Həqiqətən, O mənə (çoxlu nemətlər) lütf etdi. Çünki məni zindandan çıxartdı şeytan, mənimlə qardaşlarımın arasını vurduqdan sonra sizi səhradan (bura) gətirdi. Həqiqətən, Rəbbim dilədiyinə lütf edəndir. O həqiqətən, hər şeyi biləndir, hikmət sahibidir. (Ata-ana qardaşlarının səcdə etməsi təfsirlərdə belə izah edilir ki, onları Yusifə qovuşdurduğu üçün Allaha səcdə etdilər. Digər bir görüşə görə, o dövrdə səcdə etmək salamlamaq mənasına gəldiyi üçün onun qarşısında əyilib ona təzim etmişdilər.)
Kerbelayi Malik ağa:
Ana-atasını taxtın üstünə çıxartdı. Ona səcdə edərək əyildilər. Yusif (ə.s) belə dedi: ‘Ey atacan! Bu daha əvvəlki yuxumun yozumudur. Rəbbim onu gerçəkləşdirdi. Məni zindandan çıxartdığı zaman mənim üçün ən gözəlini etdi. Şeytan mənimlə qardaşlarımın arasını vurduqdan sonra sizi səhradan gətirdi. Şübhəsiz ki, mənim Rəbbim dilədiyinə lütf sahibidir. Alim Hakim olan şübhəsiz ki, Odur.’
Ələsgər Musayev:
Valideynlərini taxt üstündə əyləşdirdi xar oldular Onun üçün səcdəynən Dedi: «Ay ata! Budur mənim röyamın təvilidir ki, bundan qabaq görmüşdüm. Əlbəttə, Rəbbim onu haqq etdi mənə yaxşılıq etdi, onda ki, zindandan xaric etdi gəldi sizinlə çöldən, ondan sonra ki, şeytan mənimlə qardaşlarım arasında ayrılıq saldı. Həqiqətən, Rəbbim istədiyi kəsə qarşı Lətifdir! Həqiqətən, O Alimdir, Həkimdir!»
A.Mehdiyev və D.Cəfərli:
ata-anasını öz taxtına çıxartdı (o, daxil olan zaman hamısı) onun qarşısında səcdəyə düşdülər. (Yusuf) dedi: «Ey ata, (bu səcdələr) mənim əvvəlki yuxumun yozumudur ki, Allah onu gerçəkləşdirdi. Doğrudan da O, məni zindandan çıxardan zaman Şeytan mənimlə qardaşlarımın arasını vurduqdan sonra sizi səhradan (bura) gətirəndə mənə yaxşılıq etdi. Şübhəsiz, mənim Rəbbim istədiyi kəsə ehsan edən hər bir çətin işi öz dəqiq mütləq tədbiri ilə asanlaşdırandır. Həqiqətən (hər şeyi) bilən hikmət sahibi yalnız Odur».
Kövsər Tağıyev:
Ata-anasını taxtın üstünə çıxardı. Hamısı ona (Yusufa) ehtiramla əyildilər. Yusuf dedi ki: “Atacan! Bax bu, daha əvvəl gördüyüm yuxumun yozumudur. Rəbbim onu gerçəkləşdirdi. Şeytan mənimlə qardaşlarımın arasını vurduqdan sonra Rəbbim məni zindandan çıxararaq sizi çöldən gətirərək mənə çox yaxşılıq etdi. Şübhəsiz, Rəbbim istədiyi şeydə incəliklər göstərəndir. Şübhəsiz, O, haqqı ilə biləndir, hökm hikmət sahibidir”.
M.Qənioğlu və T.Bilaloğlu:
O, ata-anasını öz taxtına qaldırdı. Onlar da onun üçün səcdəyə qapandılar. Yusuf dedi: "Ata! Bu, mənim əvvəlki yuxumun yozumudur. Mənim Rəbbim onu çin etdi mənə yaxşılıq göstərdi. O, məni zindandan çıxartdı şeytan mənimlə qardaşlarım arasında ixtilaf saldıqdan sonra sizi səhradan (bura) gətirdi. Həqiqətən, Rəbbim istədiyi kəsə qarşı lütfkardır. O, hər şeyi biləndir hikmət sahibidir.
Sabirə Dünyamalıyeva:
anasıyla atasını yüksək bir taxt üstünə qaldırdı. hamısı boyun əyib tabeçilik göstərərək onun üçün yerə qapandılar. Yusif: "Atacan! Bax bu hal, o gördüyüm şeyin yozumudur. Həqiqətən, Rəbbim onu ​​həqiqətə çevirdi. Şeytan mənimlə qardaşlarımın arasını vurduqdan sonra, məni zindandan çıxarmaqla sizi səhradan gətirməklə Rəbbim mənə həqiqətən yaxşılıq etdi. Şübhəsiz ki, Rəbbim istədiyinə ehsan edər. Şübhəsiz ki, ən yaxşı bilən, hökm çıxaran Allah Özüdür."