Maidə Surəsi 100. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
De: “Murdar şeyin çox olması sənin xoşuna gəlsə belə, murdarla təmiz eyni ola bilməz”. Ey ağıl sahibləri! Allahdan qorxun ki, bəlkə nicat tapasınız.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) De: “(Ey insan!) Murdar (haram) şeyin çoxluğu xoşuna gəlsə belə, murdarla təmiz (haramla halal) bir ola bilməz”. Ey ağıl sahibləri, Allahdan qorxun ki, nicat tapasınız.
Elmir Quliyev :
Скажи: "Скверное и благое не равны, даже если изобилие скверного понравилось тебе (или удивило тебя)". Бойтесь же Аллаха, обладатели разума, быть может, вы преуспеете.
Ələddin Sultanov:
De: “Pisin (haramın) çoxluğu xoşuna gəlsə belə pis yaxşı (haram halal) eyni ola bilməz. Ey ağıl sahibləri, Allahdan qorxun ki, bəlkə nicat tapasınız!”
Kerbelayi Malik ağa:
De ki: ‘Xəbisin (haram, murdar) çoxluğu sənin xoşuna gəlsə belə, xəbis ilə teyyib (halal təmiz olan) bir deyil.’ Ey Üluləlbab! Artıq Allaha qarşı təqva sahibi olun! Ümid edilir ki, beləcə siz fəlaha çatarsınız.
Ələsgər Musayev:
De: «Xəbis pak bərabər deyil əgər təccübə gətirsə belə xəbislərin çoxluğu».Qorxun Allahdan, ay əsas ağıl sahibləri, ola ki nicat tapasınız!
A.Mehdiyev və D.Cəfərli:
De: «Murdarların çoxluğu səni təəccübləndirsə də, murdarla pak (istər insanın ruhiyyəsində olsun, istərsə onun əqidə, əxlaq əməlində) əsla bir deyildir.» Odur ki, ey ağıl sahibləri, Allahdan qorxun, bəlkə nicat tapdınız.
Kövsər Tağıyev:
(Ey Muhamməd!) De ki: “Pis ilə təmiz bir olmaz. Pisin çoxluğu xoşuna gəlsə belə”. Ey ağıl sahibləri! Allaha qarşı gəlməkdən çəkinin ki, qurtuluşa nail olasınız.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Pisin çox olması xoşuna gəlsə də, pislə yaxşı bir ola bilməz.“ Ey ağıl sahibləri, Allahdan qorxun ki, bəlkə uğur qazanasınız.
Sabirə Dünyamalıyeva:
De ki: "Hər qədər murdarlığın [pisin, pisliyin, pis şeylərin] çoxluğu xoşunuza gəlsə də, murdar şeylə təmiz şey bir olmaz." Elə isə, ey anlayış qabiliyyəti olanlar! Xilas olmaq üçün Allahın mühafizəsi altına daxil olun.