Hud Surəsi 101. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz onlara zülm etmədik, lakin onlar özləri özlərinə zülm etdilər. Rəbbinin əmri gəldikdə Allahdan başqa çağırdıqları bütlər onları heç nədən qurtara bilmədilər. (Bütlər) onların ancaq tələfatını artırdı.
Bünyadov-Məmmədəliyev:
Biz onlara zülm etmədik. Onlar özləri özlərinə zülm etdilər. Allahdan qeyri ibadət etdikləri tanrılar Rəbbinin əmri gəldikdə onlara heç bir fayda vermədi (əsla əzabdan xilas edə bilmədi), əksinə, yalnız ziyanlarını artırdı.
Elmir Quliyev :
Мы не были к ним несправедливы, однако они сами поступили несправедливо по отношению к себе. Когда явилось веление твоего Господа, божества, к которым они взывали вместо Аллаха, ничем не помогли им. Они не приумножили им ничего, кроме погибели.
Ələddin Sultanov:
Biz onlara zülm etmədik, əksinə onlar özləri özlərinə zülm etdilər. Rəbbinin əmri gəldiyi zaman Allahı qoyub dua etdikləri ilahları onlara heç bir fayda vermədi, əksinə, onların ziyanlarını artırdı.
Kerbelayi Malik ağa:
Biz onlara zülm etmədik. Lakin, onlar özlərinə zülm etdilər. Rəbbinin əmri gəldiyi zaman Allahdan başqa dua etdikləri ilahlar, onlara bir fayda vermədi onların həlaklarını artırmaqdan başqa (bir şey) olmadı.
Ələsgər Musayev:
Biz onlara zülm etmədik lakin onlar öz nəfslərinə zülm etdilər. Rəbbinin əmri gələndə Allahdan başqa çağırdıqları ilahilər onları bir şeylə ehtiyacsız etmədilər onların yalnız həlakını gücləndirdilər!
A.Mehdiyev və D.Cəfərli:
Onlara Biz zülm etmədik lakin onlar özlərinə zülm etdilər. Beləliklə, sənin Rəbbinin (onların əzabı barəsindəki) əmri yetişən zaman Allahın yerinə çağırdıqları tanrıları (əzabdan) heç bir şeyi onlardan uzaqlaşdırmadılar onlara ziyan həlakətdən başqa bir şey artırmadılar.
Kövsər Tağıyev:
Biz onlara zülm etmədik. Lakin onlar özlərinə zülm etdilər. Rəbbinin əzab əmri gəldiyi zaman Allahı buraxıb tapındıqları ilahları onlara heç bir fayda vermədi. İlahları yalnız onların ziyanlarını artırdı.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz onlara zülm etmədik, lakin onlar özləri-özlərinə zülm etdilər. Sənin Rəbbinin əmri gələndə Allahı qoyub ibadət etdikləri başqa tanrıları onları heç nədən qurtara bilmədilər, yalnız onların ziyana düşüb məhv olmalarını artırdılar.
Sabirə Dünyamalıyeva:
onlara Biz zülm etmədik; lakin onlar özlərinə zülm etdilər, səhv; öz zərərlərinə olan əməli işlədilər. Onun üçün Rəbbinin əmri gəldikdə, Allahın altındakılardan ibadət etdikləri tanrılar onlara heç bir şey vermədi onlara ziyandan başqa bir şey artırmadılar.